Koronavirusun “omicron” ştammı “ebola”dan da təhlükəlidir?
SARS-CoV-2 virusunun yeni versiyası “Omikron” bəşəriyyəti “ebola” virusu ilə eyni dərəcədə təhdid edə bilər.
Bu barədə Ümumdünya Tibb Assosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri bildirib.
“Mənim ən böyük qorxum odur ki, bu ştamm “Delta” qədər yoluxucu və “ebola” qədər təhlükəli ola bilər”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə “Omikron” mutasiyasının özü ilə daşıdığı risklər barədə hələ dəqiq məlumat yoxdur, lakin o, çox sürətlə yayılır. Montqomerinin sözlərinə görə, pandemiyanın lap əvvəlində dünya onun miqyasını lazımi səviyyədə qiymətləndirməyib.
“Mən də o vaxt düşündüm ki, bu, qripin bir növüdür. Sonra qərara gəldik ki, biz kütləvi immunitetə nail ola bilərik, lakin sonra son dərəcə yoluxucu bir ştamm “delta” ortaya çıxdı”, - WMA rəhbəri bildirib.
O, COVID-19 üçün təkrar peyvəndin hər il həyata keçirilməli olacağını istisna etməyib.
Qeyd edək ki, britaniyalı alimlər Botsvanada 32 mutasiyaya malik koronavirus ştammının peyda olması barədə xəbərdarlıq ediblər. Bir çox elm adamları onun yüksək ötürücülüyünə və peyvəndlərə qarşı müqavimətinə işarə edir.
Koronavirusun “B.1.1.529” qeydiyyatlı yeni ştammı yunan hərfi “omikron”un adı ilə qeydiyyata alınıb. Cümə günü Ümumdünya Səhiyyə Təşkilatı bunu “narahatlıq doğuran” məqam kimi təsnif etmək qərarına gəlib.(oxu.az)
Digər Xəbərlər
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03
Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
05 Yanvar 2026 19:00
Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
05 Yanvar 2026 10:07
Bayram günlərində zəhərlənmələrlə bağlı 13 müraciət daxil olub
05 Yanvar 2026 08:43
Şorbanıza əlavə edəcəyiniz "bir nömrəli" toz: İltihabın kökünü kəsir
02 Yanvar 2026 08:42


Bakı -°C

