adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2020 06:44
52052
ŞOU-BİZNES

Koronavirusun cənginə düşən məşhurlar - Payıza qədər...

Koronavirus epidemiyasıdurmadan yayılmaqda, insanların həyatını təhdid etməkdədir. Qorxulu olan budurki, hər cür maddi imkanla təmin olmuş insanlar bu xəstəliyin cənginə düşüblərsə,demək, olanlar yaxın gələcək üçün yaxşı heç nə vəd etmir.

Adalet.az xəbər verir ki, korona virus epidemiyasına yoluxanların birçoxu dünya çapında tanınan insanlardı. Onlardan bir neçəsini nəzərinizəçatdırırıq.

Məsələn,məşhur Hollivud aktyou Tom Henks və həyatyoldaşı Rita Uilson koronavirusa yoluxduğunu öz sosial şəbəkə hesabında bildirib.

"Biz özümüzü yorğun və xəstələnmiş hiss etdik. Bədəndədə ağrılar başlamışdı. Ritanı əsməcə tuturdu.

Bizi yoxladılar və koronavirusa yoluxduğumuzu müəyyənetdilər”, - deyə T.Henks əlavə edib.

"Taxt-tacoyunları” serialındaTormundroluilə yaddaqalanaktyorKristoferHivyuda koronavirusayoluxub. Aktyor hal-hazırda Norveçdəkarantində olduğunu bildirib. "Mənim təhlillərim müsbət çıxdı. Ailəmlə birgə təcrid olunmuşuq. Səhhətimizyaxşıdır”, - deyə K.Hivyu qeyd edib.

Koronavirus britaniyalı məşhur aktyor İdris Elbadan da yan keçməyib.

Aktyor bu barədə"Twitter” hesabında məlumat verib.


İdris virustestinin nəticələrini ötən gün səhər saatlarında aldığını bildirib:

"Özümü yaxşıhiss edirəm. Hələ ki, heç bir simptom yoxdur. Hazırda karantindəyəm”.

O, hər kəsi başverənlərdən xəbərdar edəcəyini vəd edib və sevənlərindən çaxnaşma yaratmamasınıxahiş edib.

Qeyd edək ki, 47yaşlı İdris "Böyük oyun", "Prometey", "Tor" kimifilmlərlə məşhurlaşıb.

Amerikalı müğənni Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edənkoronavirusa görə özünü karantinə alıb.

Ekstravaqant ifaçıbu barədə sosial şəbəkədə paylaşım edərək, izləyicilərinə də eyni şeyi məsləhətgörüb.Virusla bağlı həkimlər və alimlərdən məsləhət alan Qaqa hər kəsə karantinəgetməyi, infeksiyanın ilk simptomlarını gözləməməyi tövsiyyə edib:

"Bizim hazırda edəbiləcəyimiz ən faydalı şey, özümüzü karantinə almaq və 65 yaşdan yuxarıinsanlarla görüşməməkdir”.



Müğənni öz doğmaları iləgörüşmək istədiyini, lakin onların təhlükəsizliyi naminə bunu etməyəcəyinibildirib. Qaqa karantin müddətini itləri ilə birlikdə keçirdiyini qeyd edib.

Yeri gəlmişkən, tanınmış ekstrasens ZirəddinRzayev dünyanı cənginə alan koronavirusla bağlı danışıb. Deyib ki, bu viruslabağlı 2017-ci ildə rus mətbuatına proqnoz vermişdim və virusunxarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdim:” Payız vaxtlarında dəhşətlivirusun dünyanı bürüyəcəyini, insanların kütləvi şəkildə həlak olacağını,maskada gəzəcəklərini təsvir etmişdim. İllər ötdükcə bəzi viruslar onsuz daortalığa çıxır, lakin bu formada olacağı düşünülmürdü. Mən bunu və onun əhatədairəsini qabaqcadan bildirmişdim. Yayın axırlarında bu virus tam zərərsizləşdiriləcək.Ola bilsin, koronavirus bir-iki həftə sonra bitsin, amma yayın axırlarına ondanbir əlamət qalmayacağını görürəm.

Payıza qədər … kim ölə, kim qala…

Əntiqə Rəşid