Koronavirusdan qorunmaq üçün dezinfeksiyaedici vasitəni içdi və…
Koronavirusa yoluxmaqdan qorxan kişi radikal üsulla özünü müdafiə etmək istəyib: əllər üçün dezinfeksiyaedici vasitəni içib.
Bu barədə Kp.ru Səhiyyə Nazirliyindəki mənbəyə istinadla xəbər yayıb.
Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Kişi dərhal xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.
"O, koronavirusa yoluxmaqdan çox qorxub və düşünüb ki, əllər üçün dezinfeksiyaedici vasitəni içməklə özünü qoruya bilər. Bunu heç bir halda etmək olmaz”, - deyə mənbə bildirilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, komadan ayılmadan ölüb.
Polis araşdırmaya başlayıb.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02