adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Mart 2020 20:00
9991
SAĞLAMLIQ

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB + VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsini açıqlayıb.

Trend-in məlumatına görə, TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır.