adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2020 12:00
10951
SAĞLAMLIQ

Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağırdır

Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Məlumatda bildirilir ki, o hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur:

"Hemodinamik stabildir. Saturasiyası 90-98%-dir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".