Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı
"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.
Trend-in məlumatına görə, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib ki, o, koronavirusdan sağalaraq evə buraxılıb:
"Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”.
Qeyd edək ki, İ.Quliyev iyunun 22-də sosial şəbəkə hesabında koronavirusa ailə üzvləri ilə birlikdə infeksiyasına yoluxduğunu bildirmişdi.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19