Koronavirus keçirənlərin üzləşdiyi daha bir fəsad
Koronavirus keçirənlər çəki itkisi yaşayırlar.
“RİA Novosti” xəbər verir ki, bu barədə tibb elmləri doktoru Tatyana Rujentsova bildirib.
Onun sözlərinə görə, insanların nə qədər çəki itirməsi onların xəstəliyi nə dərəcədə ağır keçirmələri ilə bağlıdır.
Mütəxəssis qeyd edib ki, koronavirusa qarşı müalicə bitdikdən sonra bədən çəkisi azalmağa davam edərsə, bunun səbəbini müəyyənləşdirmək və müalicə üçün tövsiyələr almaq üçün bir terapevt və ya infeksionistə müraciət etmək lazımdır.
O eyni zamanda əlavə edib ki, mədə-bağırsaq pozulması zamanı təkcə COVID-19-a qarşı yox, həmçinin onun fəsadlarına qarşı da müalicə aparılmasa, çəki uzun müddət - bir ay və daha çox zaman azalmağa davam edə bilər.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19