adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 May 2020 12:57
81008
MƏDƏNİYYƏT

“Koronalı” mədəniyyət günləri - SORĞU

Koronavirusa görəmedianın əsas xəbərləri bu virusla əlaqədardır. Belə halda ədəbiyyat, mədəniyyətmüxbirləri üçün onsuz da az olan oxucunun marağını çəkmək daha çətindir. Nəimza günləri var, nə kitab təqdimatları, nə də teatr tamaşaları. Belə birdurumda az saylı mədəniyyət oxucularını itirməməkçün mədəniyyət müxbirləri nəedir?

APA informasiyaagentliyinin əməkdaşı Mirmehdi Ağaoğlu belə imza günlərinin olmağındansaolmamağını üstün tutur. Həmçinin, müsahiblərinin çoxunun yaşı 65-dən çoxolduğundan canlı müsahibələrinin sayı səngiyib.


"Koronavirus təkcəbizdə deyil, bütün dünyada var. Təkcə mədəniyyət deyil, iqtisadi, turizm və digərsahələrə də öz təsirini göstərib. Dünya bu cür tədbirlərini onlayn yollakeçirir. Onlayn teatr tamaşaları, rəsm qalareyaları var. Əvvəllər mədəniyyətadamlarından müsahibə alırdımsa, indi bu çətinləşib. Yaşı 65-dən yuxarıolanlardan isə bu günlərdə müsahibə almaq onların sağlamlığı üçün təhlükəlidir.Ona görə də bu yöndə müsahibələrim səngiyib.

Kitab təqdimatlarınagəldikdə isə bu formatda imza günlərimizin keçrilməsindənsə keçirilməməsi dahayaxşıdır. Ümid edirəm, bu epidemiyadan sonra imza günlərimizdə dəyişiklikolacaq. Öncə kitab mağazalarında kitablar satılacaq, sonra imza günləri keçiriləcək.”

"525-ci qəzet”inmüxbiri Şəhanə Müşfiq bu günlərdə yazı azlığı baxımdan əziyyət çəkmədiyinibildirir. Onun fikrincə adi günlərdə vaxt azlığından şikayət edən müsahiblərdənindi müsahibə almaq daha rahatdır.


"Bu günlər ədəbiyyata, mədəniyyətə aid heç bir tədbir yoxdur. Ancaqöz adıma deməzdim ki, mövzu sarıdan kasadlıq çəkirəm. Onlar yoxdur, başqa şeylərvar. Hətta deyə bilərəm ki, bu karantin günləri mənim neçə ildə ən çox işlədiyimdövrdür. Mədəniyyət Nazirliyinin göstərişi ilə Mədəniyyət kanalı, kitabxanalar,muzeylər, teatrlar, ümumilikdə mədəniyyət müəssisələri fəaliyyətini onlayn şəkildədavam etdirir. Bu günlərdə virtual olaraq çox maraqlı layihələr həyatakeçirilir. Məsələn, onlardan yazmışam. Birini misal çəkə bilərəm: AzərbaycanTeleviziyasında yayımlanan "Evdə qal, eyvana çıx" verilişi cəmiyyətdərezonansa, müsbət reaksiyalara səbəb oldu. Mən də verilişin yaradıcı heyəti ilədanışıb, maraqlı bir yazı hazırladım. Ondan başqa bu günlərdə müsahibələrçoxalıb. Belə deyək, çoxunun "vaxtım yoxdur", "işlərim var"kimi bəhanələri aradan qalxdığından telefon zəngiylə, ya da sosial şəbəkə vasitələriilə suallarımıza cavab ala bilirik. Əlbəttə, virtual müsahibə canlının yerinivermir, amma neyləyək, hazırda bütün həyatımız və işlərimiz onlayn rejimdədavam etmək məcburiyyətindədir. Digər tərəfdən, mən oxuduğum kitablar, baxdığımfilmlər haqqında həmişə resenziyalar yazmışam, indi də davam edirəm. O cümlədən,müxtəlif mövzular haqqında esse və ya köşələr də yazıram. Bu günlərdə bəli, xəbərbaxımından nisbətən azalmalar olsa da, mövzu və yazı sarıdan hələ ki, qıtlıq çəkməmişəm.Evinin içində oturub da yazmağa nələrsə tapmaq mümkündür. Xüsusən, mədəniyyətyazarı və ədəbiyyatçı üçün.

Artkaspi.azportalının əməkdaşı Rəvan Cavid hesab edir ki, müasir texnologiyaların inkişafıdövründə bu hal sənət adamlarına elə də təsir etmədi.



"Müxtəlif yazarlar, şairlər, sənət adamları sosial şəbəkələr üzərindəncanlı yayım açaraq oxucularına şeir oxudu, sənət söhbətləri etdi, məlum məsələdəndanışdı. Bizdə də bir çox şair, yazıçı virtual aləmin bu üstünlüyündən istifadəetdi, elə mən də. Mənə elə gəlir ki, sosial şəbəkələrin, internetplatformalarının, online təkliflərin bu qədər aktual olduğu dünyada karantinrejimi bir o qədər ciddi dəyişiklik yaratmadı, təbii ki, sənət adamları iləonları izləyənlər haqqında deyirəm bunu. Kitab oxumaq istəyən online sifarişedir, söhbət etmək istəyənlər canlı yayına qoşulur, fikri, təklifi olan yerindəcəbildirir. Həm də sevdiyi müəlliflərin başqa tərəflərini də görmüş olurlar. Həttadeyərdim, bu cür məsafəli ünsiyyət sənət adamlarının xeyrinədi.”

Kulis.az-ın əməkdaşıOğuz Ayvazın fikrincə pandemiya durumunda oxucuların bir çoxu psixoloji cəhətdəngərgindir. Ona görə də onlar hansısa mətni oxumaq halında deyil.


"Oxucuların özündən asılıdır. Bir neçə aparıcı mədəniyyət saytlarıvar ki, hər gün maraqlı yazılarla çıxış edir. Adlarını çəkmirəm, reklamolmasın. O saytlardan günün ən maraqlı mətnlərini tapıb oxumaq olar. Ammapandemiya məsələsi kütləvi hal alıb. Ona görə də insanların əksəriyyəti mətnoxumaq durumunda deyil. Psixoloji cəhətdən gərgindir, həyəcan içindədirlər. İstənilənhalda karantin günlərində bədii ədəbiyyat, filmlər izlmək olar. Ağıllı oxucuözünü hər situasiyadan çıxarda biləndir.”

"Kaspi” qəzetininəməkdaşı Təranə Məhərrəmovaya görə sağlamlıq naminə bütün dəyərləri qurban verməkolmaz. Teatr tamaşasında bir nəfər qalsa belə məhz onunçün tamaşanı davametdirməyə dəyər.

"İtalyanlarındilində belə bir deyim var: əgər sən sağlamsansa, demək hər şeyin var. İndi məlumolur ki, bu fikrin daha fərqli, həm də böyük mənası var. Sağlamlığı saxlamaqçox vacibdir, amma başqa şeyləri itirmək qorxusu yaranır. Oxucuların,tamaşaçıların zövqü də bu sıradadır. Hansı ki, özümüz də daxil olmaqla bu zövqüformalaşdırmaq üçün illərlə çalışırıq. Bizə görə ədəbiyyatın, kinonun,musiqinin, rəssamlığın... ən yaxşısızövqümüzə təsir edir. Biz dəyaxşı dəyərlər üzərindən formalaşan zövqümüzə köklənərək jurnalist kimioxucularımıza mövzular təqdim edirik. Müsahibənin, reportajın, publisistikyazının, tərcümənin... ən yaxşısını. Bizim yazılarımızda çağırış var: dəyərlərəhörmət etməyə, bir-birimizi sevməyə, layiqli sənətə qiymət vermək çağırışı.


Karantin kəskin süjetlifilmlər kimi bizi təsiri altına alıb. Onsuz da qlaballaşan dünyada süniintellektin, rəqəmsallaşmanın basqısı ilə yoxa çıxan bir çox dəyərlər indiinfeksiyanın "təsiri” ilə daha da küncə sıxılıb. Heç bir sərhədin gözlənmədiyisosial platformaların, bayağı verilişlərin meydanının azalmaq əvəzinə genişləndiyiTV-lərin auditoruiyası üçün bəli, "oxucunu necəitirməmək” sualı çox aktualdır. Çünki həmişə zövqlü oxucu haqqındadüşünürük. Biz yenə də mənəviyyata köklənən, yüksək sənəti, humanizmi, insanlığı,mənəvi dəyərləri təbliğ edən yazılarımızla oxucularımıza xidmət etməliyik. Lapbircə oxucumuz qalsa belə, o bizim qazancımızdır. Teatrda deyildiyi kimi: əgərzalda bir tamaşaçı varsa, demək tamaşa baş tutub.

Biz koronavirusinfeksiyasından qorxuruq. Ancaq sağlamlıq məqsədə çatmaq üçün vasitədir, onagörə elə hesab etmək olmaz ki, onun xətrinə hər şeyi, bütün dəyərləri qurban vermək olar. Biz də o bir nəfəri itirməmək üçünçalışmalıyıq. Yoxsa koronavirusun təsiripostpandemiyadan sonra daha betər olar.”

Emin Piri