adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Aprel 2020 23:08
17960
SİYASƏT

Korona ilə mübarizədə yeni üsul: Ruhani açıqladı

İranda koronavirusla mübarizə çərçivəsində ağ, sarı və qırmızı bölgə tətbiqinə başlanılacaq.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalar regional riskə görə müəyyən ediləcək. Əgər bir bölgədə iki həftə ardıcıl yeni yoluxma qeydə alınmasa, ölüm hadisəsi baş verməsə, Səhiyyə Nazirliyi oranı ağ bölgə elan edəcək. Digər bölgələr isə virusun ağırlıq dərəcəsinə görə sarı və ya qırmızı elan olunacaq”, - Ruhani bildirib.

Ruhaninin sözlərinə görə, artıq ağ elan edilən bölgələrdə məscid və digər ibadətxanaların açılmasına başlanılacaq.

Qeyd edək ki, İranda indiyə qədər 89.328 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 5650 nəfər isə ölüb.(axar.az)