Könüllülərin iş qrafiki uzadıldı
"Bakı Metropoliteni”ndə könüllülərin iş qrafiki uzadılıb.
Adalet.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, buna səbəb 1-ci Avropa Oynları başa çatsa da, möhtəşəm tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsinin ölkəmizə səfərlərini davam etdirməsidir.
Eyni zamanda, böyük idman bayramının təşkilatçıları da hələ bir müddət Bakıda olacaqlar. Bunu nəzərə alan "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikinin iyulun 1-nə qədər uzadılması barədə qərar verib.
Belə ki, "İçərişəhər”, "Sahil”, "Nizami”, "28 May” və "Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada – növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27