adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Yanvar 2020 10:42
78313
MƏMLƏKƏT

Könüllərdə yaşayan, qəhrəmanlıq tariximizdə izi olan Qarabala Nazim ...


Yanvar ayı əlamətdar günlərlə zəngindir. Bu ayda Oğuz elinin başına gəlməyənlərqalmayıb. Qara Yanvar və Daşaltı əməliyyatıxalqımızın yaddaşına iz salmış qara günlərin təqvim ayıdır.

Yanvar ayıbir şəhidimizin də döğum gününü yadasalır. Nazim Qənbərov! El təbirincə desək, 

Qarabala Nazim...

Onu Qarabağda, vaxtilə elə bütün ölkədə tanımayanyox idi. Bəli, söhbət kiçik leytenant, kəşfiyyatrotasının komandiri, şəhid Nazim Abış oğlu Qənbərovdan gedir.
O, 1968 ci il yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndindəanadan olub. Sovet dönəmində hərbi xidmətini Almaniyada keçib. Vətənə dönəndəisə artıq Qarabağda müharibə başlamışdı. Təbii ki, bütün qeyrətli oğullarkimi, o da kənardan seyrçi qalmadı, silaha sarıldı. 4 iyun 1992-ci ildə könüllüolaraq Ermənistan Silahlı Qüvvələrinin işğalına qarşı çıxdı, döyüşə atıldı.
Nazim Milli QəhrəmanŞirin Mirzəyevin batalyonunda, 836 saylı hərbi hissədədöyüşlərə atıldı. Torpaq üçün ilk savaşı isə Ağdərədə oldu. O Canyataq,Gülyataq, Başgüneypəyə, Ortagüneypəyə, Sirxavənd, Mehmanə və digər kəndləruğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıqlar gostərib. Bu döyüşlərin birindəNazim 20 nəfər əsgərlə mühasirəyə düşür. Onun başçılığı və fədakarlığı sayəsində silahdaşları ilə bərabər itki vermədən mühasirəni yarıb cıxırlar.


Nazim Mehmanə kəndi uğrunda döyüşlərdə10 erməni əsgərini öldürən zaman ayağından yaralanıb. Onu təcili hospitala gətirdilər.Müalicə olunduqdan sona yenidən döyüşə atıldı. Bu dəfə Ağdam cəbhəsinəyollandı.

708 saylı briqada, 5-ci batalyon. Burda da cəsarətinə, şücayətinə görə həm əsgəryoldaşlarının, həm komandanlığın rəğbətini qazandı.
Rota komandiri seçiləndən sonra isə fəaliyyəti daha geniş müstəviyə keçdi. Bu səbəbdənermənilər arasında "qara bəla” kimi tanınıb. Dostları isə onu "Qarabala” deyəçağırırdılar.

Kiçik leytenant az bir zaman içərisində ermənilərdən döyüş məlumatlızabit, qənimət kimi müxtəlif çaplı silahlar gətirməyəbaşladı. Gətirə bilməyəndə isə onları sıradan çıxarırdı, partladırdı.Silahdaşları söyləyir ki, "Qarabala”da incə bir yumor hissi də vardı. Hər belə"ov”dan sonra ratsiya vasitəsilə çaş-baş qalmış ermənilərə "Mənəm,Qarabalayam” deyir, həm özü gülürdü, həm də ətrafındakıları güldürürdü.Buna görə də, ermənilər"Qarabala”nın öldürülməsi üçün başına külli miqdarda pul qoymuşdular.
1993-cü ilin 4 iyununda Ermənistan Silahlı Qüvvələri geniş tərkibdəAğdamın kəndlərinə güclü hücuma keçirlər. Qeyri-bərabər döyüşdə Muğanlıdayerləşən batalyon geri çəkilmək əmri alır. Amma Nazimin rotası döyüş mövqeyinitərk etmir. Güclü döyüş başlayır və düşmən geri oturdulur. Məğlubiyyətindənqudurmuş düşmən üç gün sonra yenidən hücuma keçir.
QarabağqazisiRizvan Əliyevin həmin döyüş haqqında söylədikləri:

"Biz o vaxt Muğanlı kəndində postda dayanmışdıq. Həmin vaxt düşmən bizim qarşımızdavə sağ cinahımızda qərarlaşmışdı. Biz onların Muğanlı kəndinə hücum edəcəklərinigözləyirdik. Lakin onlar bizim solumuzdan hücum edərək, Bağbanlar, Novruzlu vəSaybalı kəndini işğal etdilər. Bundan sonra bəzi qüvvələrimiz geri çəkilməyə məcburoldu. Amma biz cəmi 8 nəfərlə yarımmühasirə şəraitində Muğanlı kəndinin müdafiəsindədayandıq. "Qarabala” - Nazim, Sulduz, Gəray, Telman Cəfərov, Akif, Mobil,Əsgər və bir necə nəfər qalmışdıq kənddə.
Gecədən ermənilərin hərəkətliyini müşahidə edib müəyyənləşdirdik ki, onlarMuğanlıya hücuma hazırlaşırlar. Onları hücum edəcəyi əraziləri minaladıq və özdöyüş mövqelərimizi möhkəmləndirdik. Səhərə yaxın onlar təxmin etdiyimiz ərazidəntanklar və digər hərbi texnikaların dəstəyi ilə hücuma keçdilər.Atışmabaşlayandan bir neçə dəqiqə sonra onların tankı bizim basdırdığımız minayadüşüb partladı. Bundan sonra Nazim onların ən axırıncı tankınıqumbaraatanla vurdu. Qızğın döyüşdə xeyli sayda canlı qüvvəsini, həm də hərbitexnikasını itirən düşmən geri çəkilməyə məcbur oldu. Bundan sonra Muğanlı kəndixeyli müddət bizim əlimizdə qaldı. Orada minaya düşən erməni tankını qənimətkimi ələ keçirdik. Sonra həmin tank təmir edilərək ordumuzda istifadə olundu”.


Bəli, məhz Nazim 1 tankın, 1 PDM-in qarşısındaqaçmağa başladı, onları bu fəndlə gətirib basdırdığı minaya saldı.Qumbaraatanla vurduğu 1 tankı isə qənimət kimi ələ keçirdi, təmir etdirdi,sonra isə onu batalyona təhvil verdi.

Həmin hadisə ilə bağlı telejurnalist Allahverdi Əsədov Ağdamda çəkiliş aparır,"Qarabala”nın silahdaşları hadisəni olduğu kimi, bütün xırda detallarına qədərqeyd edirlər və sonda jurnalist "Qarabala”dan da müsahibə götürür. 2 gün sona"Qarabala”nın göstərdiyi bu qəhrəmanlıq televiziyada nümayiş edilir. Onunçıxışını dinləyən Ali Sovetin bir qrup nümayəndəsi onunla görüşmək üçün Ağdamagəlir. Amma nümayəndə heyəti burda onun yas mərasimi ilə üzləşir.

Qarabala Nazim iyulun 10-da şəhid olur. Sabahıgün - iyulun 11-də isə öz doğma kəndində torpağa tapşırılır. Kəşfiyyatrotasının komandiri N. Qənbərovun göstərdiyi şücayətlərə görə, onunhələ sağ ikən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülməsi qəraraalınır. Lakin yenə də təəssüflər olsun ki, ölümündən sonra ona yalnız "Azərbaycanbayrağı” ordeni verməkləkifayətləndilər.

Şəhidin anası Rəfiqə xala və dayısı Xanlar Əliyevredaksiyamızın qonağı oldular. Nazim Qəmbərovun uşaqlığı, gəncliyi, döyüş yoluilə bağlı maraqlı söhbətlər etdilər. Rəfiqəxala xalqımızın onun şəhid övladına göstərdiyi sayğı və ehtiramı yüksək dəyərləndirdiyinibildirdi və oğlunu yad edənlərə. Onu unutmayanlara təşəkkürünü bildirdi.


Əntiqə Rəşid