Könül Vəlibəylinin qızı "Yeni Klinika"ya köçürüldü
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam edəcək.
Adalet.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.
“Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin”, - paylaşımda deyilir.
Qeyd edək ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Digər Xəbərlər
24 Noyabr 2025 11:10
Bakıdakı partlayış bu plazada baş verib - Xəsarət alanlar var - YENİLƏNİB
24 Noyabr 2025 10:26
Qubada tur rəhbəri öldü
24 Noyabr 2025 10:02
“Xarı Bülbül”də meyit tapıldı
24 Noyabr 2025 09:14
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
23 Noyabr 2025 18:27
Sabahın havası bu insanlar üçün əlverişlidir
23 Noyabr 2025 18:11
Dəhşətli yanğının başladığı yerdən - GÖRÜNTÜLƏR + VİDEO
23 Noyabr 2025 16:15
“Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı - VİDEO
23 Noyabr 2025 11:35


Bakı -°C

