adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Mart 2020 12:47
29296
SİYASƏT

Könül Nurullayevanın təşəbbüsü ilə “Deputat Qərargahında” İşçi Qrupu yaradıldı

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koronavirus (COVID-19) qlobal təhlükə kimi hamımızı təhdid edir.

Dünyanı bürüyən pandemiyahəm də insanlığı birləşdirən dəyərləri sınağa çəkir.

Ümumdünya Səhiyyə Təşkilatınınqərar və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə epidemioloji, tibbi-profilaktik və müalicə tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilən qərarların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nizami rayonundan Milli Məclisə millət vəkili seçilmiş Könül Nurullayevanın təşəbbüsü ilə "Deputat Qərargahında”koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün İşçi Qrupu yaradılıb.

Nizami rayonunda yaşayan aktiv vətəndaşlardan xahiş olunur ki, bizim təşəbbüsə qoşularaq xüsusi ilə ətrafımızda, qonşuluqda yaşayan tənha, kimsəsiz və qayğıya ehtiyacı olan insanlar haqqında İşçi Qrupuna məlumat versinlər.

Bu təşəbbüsdə könüllü iştirak etmək istəyi olanlar bizimlə əlaqə saxlasınlar.

Aktiv telefonlar

Şəhər nömrəsi: 012-422-22-41
Mobil nömrə:+994552762375