adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2020 15:39
21955
SİYASƏT

Konul Nurullayevanın seçiciləri ilə görüşləri davam edir - FOTO +VİDEO

24saylı Nizami rayon 1-ci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevaseçicilərlə görüşlər keçirməkdə davam edir. Bu dəfə o, seçki qərargahındaQarabağ müharibəsi əlilləri, veteranları, "Şəhid Ailələri” ictimai birliyinin,eləcə də Azərbaycan Respublikası "Çernobıl Əlilləri" ittifaqı ictimaibirliyinin Nizami rayon şöbəsinin üzvləri ilə görüşüb.

K.Nurullayevainsanlarla söhbətdə Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu söyləyib.

Həmçinino, ölkə başçısı Cənab İlham Əliyevin ötən ilin payızında Rusiya FederasiyasınınSoçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasınınplenar sessiyasında dünya liderlərinin qarşısında "Qarabağ Azərbaycandır vənida işarəsi” deməsini yada salıb. K.Nurullayeva aparılan siyasət nəticəsindətorpaqlarımızı geri qaytaracağımıza əmin olduğunu bildirib.

Toplantıdavətəndaşları düşündürən problemlər və narahat edən məsələlər barədə müzakirəaparılıb. Keçmiş hərbçilərimizin indi də döyüşkən ruhda olması, seçkidə sonadəkmübarizə aparacaqlarını demələri, bir gənc namizəd olaraq onu çox fərəhləndirib.



Bundansonra Rüstəmov 66, 68, 70 saylı binaların sakinləri ilə ərazidəkimeydançada görüşkeçirilib. Seçiciləri maraqlandıran sualları cavablandıran namizəd çətinliklərinhəlli istiqamətində əl-ələ verib birgə çalışmağa səsləyib. Daha sonra"Çernobıl Əlilləri" ittifaqi ictimai birliyinin ailə üzvləri ziyarətedilib. K.Nurullayeva onları düşündürən bütün məsələlərin həllinin daim diqqətindəolacağına söz verib.

Könül Nurullayeva haqqında qısa məlumat

2009-cuildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinətəyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələrşöbəsinin rəhbəri, "Bakı-2020”Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və"Bakı-2017”İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalqOlimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O,Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi,London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərininmüavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarındanümayəndə heyətinin rəhbəri olub.



K.Nurullayeva"Bakı-2015”Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və DirektorlarŞurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndəheyətinə rəhbərlik edib.

2013-cüildə Avropa Olimpiya Komitəsinin "Qadın və İdmanda Bərabərlik” komissiyasınınüzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edənilk xanımdır.

2013-cüildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindənsonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdmanFederasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

AzərbaycanPrezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsiüzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsininbyaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin KomitəninKatibi təyin edilir.

2018-ciildə İHİF-nin nəzdində əsası qoyulan "Qadın və İdmanda gender bərabərliyi”komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasınaüzv seçilib.

Ailəlidir,1 övladı var.

Parlamentseçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatlabu linklərə daxil olaraq tanışola bilərsiniz.