adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Oktyabr 2018 14:49
11765
DÜNYA

KONSULLUQDA QƏTL

Səudiyyəlijurnalist Camal Qaşıqçının konsulluqda qətlə yetirilməsi bir kimsəyə sirrolmasa da, hələ ki heç bir ölkə rəsmisi bunu etiraf eləməyə tələsmir. Düzdür,bu cür etirafda bulunmaq üçün formal əsaslar yoxdur (meyit tapılmayıb, cinayətiboynuna götürən yoxdur, hadisənin videogörüntüləri və hadisə yerində başverənlərin audio yazıları barədə mətbuatda anonim mənbələrə istinadən dərcolunan çoxsaylı materialların həqiqiliyi səlahiyyətli şəxslər tərəfindəntəsdiqlənməyib və s.), amma astagəlliyin əsas səbəbi təkcə bu deyil.Əsas səbəbondan ibarətdir ki, dünyada söz sahibi olan ölkələr Səudiyyə Ərəbistanı kimibir "yağlı tikə”ylə münasibətlərini pozmaq istəmir. Münasibətləri onsuz da pisolanlarsa fürsətdən istifadə edib onu yaxşılaşdırmaq istəyir.

ABŞ Dövlət katibiM. Pompeonun da Ər-Riyad səfəri heç nəyə aydınlıq gətirmədi, əksinə elə birtəəssürat yaratdı ki, sanki bu səfər rejimin, xüsusilə son vaxtlar böyük"ümidlər bəslədiyi” vəliəhdin simasını qorumaq naminə vəziyyətdən optimal çıxışyolu tapmaq üçün məsləhətlər aparmaq, daha doğrusu, qarşı tərəfi instruktajetmək məqsədilə təşkil olunubmuş. Səfərdən sonra elə ABŞ mətbuatının özündə irəlisürülən bəzi ehtimallar belə qənaətə gəlməyə əsas verir. Ölkənin nüfuzlu TheNew York Tayms qəzeti dünənki sayında özünün özəl mənbələrinə istinad edərək yazırki,Səudiyyə hakimiyyəti jurnalistin öldürülməsi məsuliyyətini ölkə kəşfiyyatındaçalışan general Əhməd Nasirinin çiyninə yükləmək istəyir. Ə. Nasiritəhlükəsizlik xidmətinin yüksək ranqlı əməkdaşı, eyni zamanda vəliəhdşahzadənin müşaviridir. Qəzetin adını çəkmədiyi mənbənin sözlərinə görə CamalQaşıqçının qətliylə bağlı Ər-Riyadın rəsmən açıqlamaq istədiyi mövqe belədir:"Guya Salman bin Məhəmməd şifahi formada öz müşavirinə tapşırıb ki, CamalQaşıqçını sorğu-sual eləmək üçün tutub Səudiyyə Ərəbistanına gətirsin.Ancaq general bu tapşırığı səhv başadüşdüyünə (və yaxud səlahiyyət həddini aşdığına – hələlik bu variantlarınhansının üzərində dayanılacağı dəqiqləşməyib – Ad.) görə jurnalisti öldürüb.

Qəzetin versiyasınagörə hakimiyyət bu yolla vəliəhdi sudan quru çıxarmaq istəyir. Çünki hazırdahamı, xüsusilə ABŞ açıq şəkildə dilə gətirməsələr belə qətldə məhz onu günahkarsayır. Adam öldürmək Səudiyyə Ərəbistanında da ağır cinayət sayılır və hökumətbu versiyanın üzərində dayansa, şahzadənin müşaviri çox güman ki, edamedilməlidir. Amma Səudiyyə kimi rejimlərdə yalnız bir, uzağı bir neçə adamınhəyatı qiymətli olduğu üçün cəmiyyətbu cür edamları sükutla, çox vaxt isəməmnunluqla qarşılayır.Çünki insanlar ən yaxın dostların və silahdaşların dabir anın içində qurbanlıq qoyuna çevrildiyinə sadəcə atədkərdədirlər.

Daha sonra The NewYork Tayms general haqqında bir az ətraflı məlumat verərək yazır ki, onun adımətbuata 2015-ci ildə Yəmənlə bağlı yaradılmış koalisiyanın komandiri təyinolunandan məlumdur. O, tez-tez müxtəlif mətbuat orqanlarına sərbəst fransız,ingilis, ərəb dillərindəmüsahibələr verir, hətta yazılarından xoşu gəlməyənjurnalistləri qorxutmaqdan belə çəkinmirdi.2017-ci ildən isə Əhməd Nasiri kəşfiyyatda işləyir.

Reuters agentliyiyazır ki,Camal Qaşıqçının yoxa çıxmasıyla bağlı artıq Türkiyə- Səudiyyə birgəaraşdırma qrupu fəaliyyətə başlayıb. Ancaq bununla yanaşı jurnalistinöldürüldüyünə tam əmin olan türklər Yalovada və İstanbul yaxınlığındakı Belqradmeşəsində onun meyitini axtarırlar.İstanbul polisisəkonsulluqda təkrar yoxlamaaparıb və jurnalistin DNK izlərini tapmaq üçün ordan müəyyən nümunələr götürüb.ABC telekanalının özəl mənbələrdən əldə etdiyi məlumata görə TürkiyəjurnalistinApple Watch saatı vasitəsilə əldə olunmuş və onun işgəncələrə məruz qalaraqöldürüldüyün sübut edən audioyazını və həmin yazının stenoqramını M. Pompeoyatəqdim edib. Türk müstəntiqlər həmin lent yazısına əsasən belə hesab edirlərki, C. Qaşıqçı boğularaq öldürülüb. ABŞ Dövlət Departamenti isə Pompeoya beləbir lent yazısının verildiyini inkar edib.

Bu arada hakimƏdalət və Kalkınma Partiyasının yetkilisi Yasin Aktay Camal Qaşıqçınınnişanlısı Xədicə Çingizlə telefon danışığı barədə BBS-yə maraqlı açıqlamalarverib. X. Çingiz ona zəng edərək Camalın konsulluğa girdiyini, ancaq nə vaxtdırgeri dönmədiyini bildirib. "Camal mənə dedi ki, əgər başımda bir şey olsa sizəvəbər verim” – deyə xanım bildirib. Bundan sonra Y. Aktay lazımi instansiyalarıməlumatlandırdığını deyib və bildirib ki, o, Camal Qaşıqçıyla yaxşımünasibətlərdə olub. " Ohəmişə Səudiyyə Ərəbistanı hakimiyyətindən ehtiyatedirdi, ancaq bu cür variantı heç ağlına gətirmirdi. Deyirdi ki, məni oğurlayıbSəudiyyə Ərəbistanına aparmaq istəyirlər” –deyə o bildirib.

İngiltərəninnüfuzlu Financial Times qəzetisə Qaşıqçıolayıyla bağlı baş məqalə ilə çıxış edib. Hadisəyə sərt münasibət sərgiləyən qəzetyazır ki, tarixdə böyük liderlərin strateji maraqlar naminə bəzi məsələlərəyumşaq münasibət bəsləməsi halları çox olub. Ancaq əgər Camal Qaşıqçı deyilənkimi öldürülübsə bu belə hal sayıla bilməz.Məqalədə daha sonra bildirilir ki, Qərb Sergey Skripal və qızının başınagələnlərlə bağlı V. Putinə qarşı necə sərt mövqedə dayanıbsa, bu məsələdə dəeyni cür hərəkət eləməlidir.

Ancaq bütün bu cür sərt təpkilərə baxmayaraq ABŞprezidenti D. Tramp hələ ki Səudiyyəyə qarşı konkret addımlar atmaqda maraqlıgörünmür.

ADALET.AZ