Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat edib
Konstitusiya Məhkəməsinin sabiq hakimi, tanınmış hüquqşunas Ələddin Sultanov 91 yaşında vəfat edib.
Trend-in məlumatına görə, Ələddin Sultanov uzun illər prokurorluq orqanlarında çalışmış, rayon prokuroru, Bakı şəhəri prokurorunun müavini, Naxçıvan MR prokuroru və Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini vəzifələrində işləmişdir. 1998-2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi olmuşdur.
General Ələddin Sultanov müstəqil Azərbaycanın Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Ələddin Sultanovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Digər Xəbərlər
01 May 2024 17:20
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56