23 Iyul 2025 10:50
136
İDMAN

Konfrans Liqası: “Zirə” bu gün Xorvatiya klubunu qəbul edəcək

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Adalet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Hayduk” kollektivini qəbul edəcək.

“Neftçi Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadasının idarə edəcək.

23 iyul

19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya)

Baş hakim: Xristos Vergetis

Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staikos

Dördüncü hakim: Anastasios Papapetru

Neftçi Arena.