Komitə sədri: Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq
Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq.
Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: "Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”.
Komitə sədri bildirib ki, müntəzəm olaraq 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir. Qeyd edək ki, əhalinin siyahıyaalınması Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq həyata keçirilir.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43