Komitə rəsmisi: Sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var
Sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinəə görə, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər: "Bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" şəbəkəsində daha çox olur. Onlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərir. Çox istərdik ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərsin".
Digər Xəbərlər
02 May 2024 17:40