adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Fevral 2019 12:00
4534
MƏMLƏKƏT

Komitə köçkünlərin evlərindəki yanğını araşdırır

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğın məcburi köçkünlərin məskunlaşdığı bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə qeydə alınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Adalet.az -a açıqlamasında bildirib ki, hazırda ərazidə araşdırma aparılır.

"Yanğın yerinə işçi qrupumuz cəlb olunub. Araşdırma aparılır, nəticələri barədə məlumat veriləcək”.