KOLUMBUN HEYKƏLİ UÇURULDU
ABŞ-ın Baltimor şəhərində 300-ə yaxın Black Lives Matter hərəkatının fəalları Amerikanı kəşv edən Xristofor Kolumbun abidəsin uçurarar dənizə atıblar. Abidəni zəncir və kəndirlərlə aşıraraq parça-parça etdikdən sonra, onlar həmin parçaları şəhər portunun sularına atıblar. Bu barədə məlumat yayan NBC News bildirir ki, şəhərin simvolu olan abidə 1984-cü ildə ucaldılıb.
Şəhərin qubernatoru Lari Xoqan bəyan edib ki, hərəkata ciddi müqavimət göstərilmədən onların bu hərəkətlərinin qarşısını almağa çalışırlar.
"Biz dinc ehtirazları alqışlayırıq və konstruktiv dialoqun tərəfdarıyıq. Təbii ki, bəzi abidələrin yeri muzeylərdi, amma bu məsələlər vandalizm yolu ilə yox, danışıqlar yolu ilə həll edilməlidi"- deyə qubernator bildirib.
Baltimorun lideri şəhərin küçələrində təhlükəsizliyi təmin etmək üçün, vəziyyəti nəzarət altına salmağa çalışır.
ABŞ -ın digər şəhərlərində də Kolumbun heykəlləri sökülür. Virdjini, Minnesota və Floridadada onun heykıəlləri dağıdılıb.İyun ayının sonlarında prezident Tramp monimentləri dağıdanlara qarşı qanunvericiliyə uyğun olaraq cinayət işinin başlanması və onların məsuliyyətə cəlb olunması barədə göstəriş verib.Black Lives Matter fəalları bütün dünyada konfederantların və quldarların onlarla abidəsini dağıtmağl planlaşdırıb.
Rüstəm Hacıyev
Digər Xəbərlər
02 May 2024 12:24
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
02 May 2024 09:10