Kolumbiyada da ASAN Xidmət açılacaq
Bu ilin 14 yanvar tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirildi. Açılış mərasimində qeyd olunmuşdu ki, hazırda 6 ölkədə (Uqanda, Özbəkistan, İndoneziya, Əfqanıstan, Efiopiya və Pakistan) “ASAN xidmət” modeli əsasında mərkəzlər fəaliyyət göstərdiyi bildirildi.
Adalet.az xəbər verir ki, Modern.az milli brendimiz olaraq ASAN intellektual məhsulunun başqa hansı ölkələrə ixrac ediləcəyini müəyyənləşdirməyə çalışıb.
ASAN Xidmətdən bildirilib ki, Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bu çərçivədə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan İslam Respublikası, Qırğız Respublikası, Qazaxıstan Respublikası, Efiopiya Federativ Respublikası, Özbəkistan Respublikası, Rumıniya, İndoneziya, Kolumbiya, Kamboca, Seneqal, Ruanda, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də Birləşmiş Millətlər Təşkilatı, ICESCO və İslam İnkişaf Bankı (IsDB) ilə ASAN modelinin ixracı ilə bağlı imzalanmış sazişləri qeyd etmək olar.
"Ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq", - deyə açıqlamada qeyd olunub.
Digər Xəbərlər
27 Yanvar 2026 15:18
Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göndərdi
27 Yanvar 2026 13:51
Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb - YENİLƏNİB
27 Yanvar 2026 13:22
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
27 Yanvar 2026 13:08
Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-hühafizə orqanlarının strateji rolu
27 Yanvar 2026 12:45
Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək
27 Yanvar 2026 11:48
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək - FOTOLAR
27 Yanvar 2026 11:45
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTOLAR
27 Yanvar 2026 11:42


Bakı -°C

