adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Oktyabr 2019 10:05
83584
MÜSAHİBƏ

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

- Prezident İlham Əliyevin son müşavirədəki nitqi hüquqpozmalarla üzləşənhalal iş adamlarını haqq işləri uğrunda mübarizəyə ruhlandırıb

Oktyabrın 15-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə"qara mühasibatlıq" aparan, vergidən yayınan, "şişirdilmiş"rəqəmlərlə işləyən bəzi şirkətlərə qarşı çox ciddi tədbirlər görülməsininvacibliyindən danışdı. Dövlətimizin başçısı öz nitqində bildirdi ki, əsasvəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir və bunanail olmaq üçün çox güclü siyasi iradə ortaya qoyulub: "Biz Azərbaycanı müasir, sürətlə inkişafedən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və bunanail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz... Biz XXI əsrdə yaşayırıq,köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biztəbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?"

Prezident İlham Əliyev müşavirədəki çıxışında halal sahibkarlara dadəstəyin vacibliyini vurğuladı: 

"Bütün alətlər - bank sektoru,Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədigüdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı".

Nə qədər təəssüf doğurucuolsa da, günümüzdə Azərbaycanın işgüzar mühitinə qeyri-məqbul yollarla nüfuzetmiş, biznes fəaliyyətinə haram kapitalla başlamış, sağlam rəqabət qaydalarınıpozan, köhnə düşüncəli, feodal təfəkkürlü oliqarxlar vardır və onlar halalsahibkarlara qarşı şiddət göstərir, bazardan sıxışdırmağa, mal-mülkləriniəllərindən almağa çalışırlar. Həmsöhbətimiz "Məlahət" MMC-nin rəhbəriMəlahət Qurbanova lombard kimi fəaliyyəti dövründə zaman-zaman belə təzyiqlərəməruz qalsa da, hamısına mətinliklə duruş gətirib, ağır imtahanlardan üzüağ çıxmışdır. Başıuca,alnıaçıq olub həmişə. Obrazlı desək, zamanın selləri bu kişi qeyrətli işgüzar qadınınbir telini də islatmamış, rüzgarın yelləri onun iradə qayasından bir daş daqopartmamışdır.

"Bütün əməllərimlə, hərəkətlərimlə dövlətə,dövlətçiliyə, xalqa xidmət etmişəm. - deyir Məlahət xanım:

 - Fəaliyyətim gözönündədi. Mən üzdə bir, arxada başqa cür sifətə malik olanlardan deyiləm. MöhtərəmPrezidentimizin alqışa layiq "Mən xalqımın xidmətçisiyəm" - sözlərindənibrət götürməyən, özündən müştəbeh mənsəb sahiblərini qınayıram. Özüm işlədiyimsahə bir xidmət növüdür. Həmişə işçilərimə deyirəm ki, siz xidmət göstərdiyinizəhalinin hesabına çörək qazanırsınız, insanlara qarşı nəzakətli, həssas, diqqətcilolun".

Məlahət Qurbanova müəssisəyə rəhbərlik tarixçəsindəndanışdı:

- 1987-ci il sentyabr ayının 12-dən Bakı şəhərLombardının direktoru kimi fəaliyyətə başlamışam. Bu müəssisənin təşkilati-hüquqiforması zamanın tələbləri ilə bir neçə dəfə dəyişikliyə məruz qalıb. 1989-cuildə müəssisə "Zinət" Lombardlar Birliyinə çevrildi. Mən Birliyindirektoru oldum. Balaca vəzifə deyildi. Bir çox rayonlarda filialllarımız varidi. Beləcə 1995-ci ilə qədər fəaliyyət göstərdik. Həmin il Prezident fərmanıilə ləğv olunan Əhaliyə Məişət Xidməti Nazirliyinin tabeçiliyində olan müəssisələrözəlləşməyə açıq elan olunandan sonra ilk özəlləşməyə gedən müəssisələrdən biridə məhz bizim müəssisə oldu. Proseslə əlaqədar 1998-ci ilədək rayonlarda olanfilialları da tabeçiliyimizdən çıxardıq ki, müstəqil surətdə özəlləşsinlər. Odövrdə mən müəssisəni özəlləşdirəndə bir dalğa hücumlara məruz qaldım. Mənəqarşı aparılan qarayaxma kampaniyası mətbuata da çıxdı. Həmin hücumları səngitməküçün belə məsləhət oldu ki, müəssisənin adını mənim adımla əlaqələndirək. Qoy,kənardan baxan bədnəzərlər bilsinlər ki, bu müəssisənin artıq sahibi var. Beləliklə,"Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olundu.

Məlahət xanım xatırlayır ki, ümumiyyətlə, ona qarşıədalətsiz kampaniyalar hələ 90-cı illərin əvvəllərində başlayıbmış:

- Müəssisəsimizin fəaliyyətində guya yol verilənqanunsuzluqlarla bağlı donosların nəticəsində cinayət işi açılmışdı, istintaqgetdi və mən sübut etdim ki, fəaliyyətimiz tam şəffafdır, hesabatlılıq təminolunur, dövlət və hökumət qarşısında bütün öhdəliklərimizi yerinə yetirməkdənyayınmırıq. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyəti dövründə Ləl-Cəvahirat Fondu yaradılmış,İsfəndiyar İsgəndərov da rəhbər təyin olunmuşdu. O vaxta qədər lombard tərəfindənəhalidən qəbul edilmiş, lakin geri tələb olunma vaxtı keçmiş girov əşyalarısatılması üçün Moskvadakı aidiyyati quruma göndərirdik. Fond yaradıldıqdansonra onun baza təşkilatlarından biri kimi bizim müəssisə seçildiyinə görəvaxtı keçmiş girovları ora təhvil verirdik. Bir müddət belə işlədik. İndikiXalça Muzeyinin yerini Fonda vermişdilər ki, fəaliyyət göstərsin. İsfəndiyarİsgəndərov gəlib bizim müəssisə ilə, anbarımızla, burda saxlanılan qiymətli əşyalarınqorunması vəziyyəti ilə tanış olandan sonra eyni profilli Fond üçün oxşarinfrastrukturu yaratmaqdansa, sözün həqiqi mənasında hazıra nazir olmaq istədivə əlaqələrini işə salıb Bakı Şəhər İcra Hakimiyyətinin bizim bu binadanköçürülməyimiz və binanın Ləl-Cəvahirat Fonduna verilməsi barədə sərəncam verməsinənail oldu. Lakin o vaxt yalnız mən etiraz səsimi ucaltdım, Arbitraj Məhkəməsinəmüraciət edib Bakı meriyasının 8 yanvar 1993-cü il tarixli 29 saylı həmin sərəncamınınqanunsuz olması səbəbindən ləğv edilməsinə nail oldum. O zaman bu binada yerləşəndigər obyektlər - indiki "İmprotex" şirkətinə məxsus "RolsRoys" dükanının yerində olan "Moda" mağazası, "Sahil"ticarət mərkəzi, "Novbahar" restoranının filialı, "Bilik" Cəmiyyətidə mənə dəstək vermədikləri halda, mənim hesabıma yerlərini qorumuş oldular. Sonra"İmprotex" şirkəti yarandı və bu şirkət paytaxtda gözəgəlimli yerlərəəl qoymağa başladı. Şirkətin ekspansiyası gəlib bizim ünvana da çıxdı. Anlaşıb"Moda" mağazasını, "Sahil" ticarət mərkəzini aldılar. Bizimnazirliklə də danışığa gedib binanın lombarda məxsus sektorunun üç mərtəbəsindənbirincisini istədilər. Məktub yazmalı olduq ki, birinci mərtəbə bizə müvəqqətiolaraq lazım deyil, istifadədən imtina edirik. Şirkət aldığı bu sadaladığım obyektləriözəlləşdirdikdən sonra bizə zirzəmini də ona satmağı təklif etdi. Etiraz etdik,dedik ki, zirzəmidə girov əşyaları saxlayırıq. 2017-ci ilin sonu - 2018-ci ilinəvvəlində kanalizasiya suları dolub-daşdığından, dəfələrlə zirzəmini su basdı.Hər dəfə təmizlədik, xeyri olmadı, o səbəbdən məcbur olub anbarı yuxarıqaldırdıq. Bizim sahə Maliyyə Nazirliyininlisenziyası tələb olunan fəaliyyət növlərinin siyahısına daxil idi. Lisenziyanınverilməsi şərtlərindən biri də obyektin harada yerləşməsi, necə mühafizəolunması idi. Nazirliyin mütəxəssisləri ümumi sahəsi 253 kvadrat-metr olan zirzəmiyəbaxış keçirdilər və belə bir qərara gəlindi ki, zirzəminin bir hissəsi arakəsməilə bağlanılmalıdır. 2018-ci ildə zirzəminin bizə qalan hissəsində təmir işləriapardığımız zaman məlum oldu ki, həmin hissəni də şirkətin rəhbərliyi hansısa yollaözəlləşdiribmiş. Yeri gəlmişkən, qeyd edim ki, biz sərəncamımızda olan 88kvadrat-metr sahəni özəlləşdirdiyimiz zaman 10-dan çox sayda qurumdan nümayəndələrgəlib ölçmə işləri aparmış, şəkillər çəkmiş, sənədlər tərtib etmişdilər. Ancaqtəəccüblüdür, şirkət bunu necə edibsə, gəlib-gedənləri görməmişik. İndi, artıq əlimizdəkupça olduğu halda şirkəti təmsil edən şəxs məhkəmədə iddia qaldırıb ki, bəsyer onundur, mən 70 kvadrat qeyri-yaşayış sahəsini zəbt etmişəm, onun həmin sahəniistifadə edəcəyi təqdirdə nəzərdə tutduğu 12 min manat qazancdan məhrum etmişəm.Bu azmış kimi, hüquqlarının müdafiəsi üçün vəkilə çəkdiyi xərci də məndən istəyir,iddia üçün ödədiyi rüsumu da. Daha əvvəlşirkət sahibinin rəsmi məktubla müraciət etmədiyi yer qalmamışdı - Daxili İşlər,Fövqəladə Hallar, Mədəniət nazirliklərinə, prokurorluğa. Bütün üz tutduğuinstansiyalardan nümayəndələr gəlib məsələnin məğzi ilə tanış oldular, bildilərki, mülki mübahisədir, məhkəmə predmetidir. Əvvəlcə Səbail rayon məhkəməsində olaniş mənim vəsadətimlə alınıb İnzibati məhkəməyə verildi, iş icraata götürüldü. Məhkəmədəhər şey aydın olacaq, kimin haqlı olduğu üzə çıxacaq".

Əlində hələlikaçıqlamadığı, çəkişməni udmağa yetərli qədər sübut kimi xidmət edəcək tutarlı sənədlərolduğunu deyən Məlahət xanım məntiqli bir sual ortaya qoyur: 

- Əgər mən buobyekti sonradan məndən hətta heç bir qonşu kimi də halallıq istəməyən"İmprotex" şirkətinə bağışlayacaqdımsa, niyə o əmlakı əldə saxlamaqüçün o qədər mübarizə aparırdım, özü də heç də asan başa gəlməyən mübarizə?

***

Ən qədim və fundamental insan hüquqları arasındamülkiyyət hüququ mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının29-cu maddəsində öz əksini tapan mülkiyyət hüququnun qorunması istiqamətindəgörülən işlər, həyata keçirilən mülkiyyət islahatları da ürəkaçan nəticələrverməkdədir. Məlahət xanımın qalib gəldiyi, biz qələmə alarkən, hərəsinin üzərindənbir-iki cümlə ilə ifadə etməklə keçdiyimiz məhkəmə işlərinin arxasında əlbəttəki, illər uzunu sürən mənəvi əzablar, stress və həyəcanlar, vaxt və enerjiitkisi, əlbəttə ki, hüquqi məsələlərə çəkilmiş maddi xərclər durur. İnanırıqki, Azərbaycan məhkəməsinin ədalətinə inanan xanım iş adamı taleyin busınağından da üzüağ çıxacaq, mübarizliyi ilə qadınlarımıza, qətiyyəti iləsahibkarlarımıza nümunə göstərəcəkdir.


Ceyhun RÜSTƏMOV