Köhnə avtobuslar xətdən çıxarılmalıdır
Heç kimə sirr deyil ki, bu gün Bakı şəhərində istismar müddətini başa çatdıran çoxlu sayda avtobuslar var və onlar da müəyyən marşrutlarda hərəkət edirlər. Məsələn, metronun «Neftçilər» stansiyasından Yeni Günəşli yaşayış sahəsinə hərəkət edən 50 nömrəli marşrutda işləyən avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib. Elə bir gün olmur ki, həmin avtobuslarda nasazlıq yaranmasın və sərnişinlər əziyyət çəkməsinlər. Qışda soyuqdan, yayda isə istidən zülm çəkirlər. Və bəzən də avtobusun qapısı açılmır, çox çətinliklə sürücü qapını açıb camaatı düşürür.
Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi 50 nömrəli marşrutun daşıyıcı şirkəti ilə bu məsələni müzakirə etməli və həlli yolunu tapmalıdır. Ya marşrut xətti daşıyıcı şirkətdən alınıb başqa şirkətə verilməli, ya da həmin şirkət marşruta yeni avtobuslar buraxmalıdır.
Emin FAİQOĞLU
Digər Xəbərlər
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55
Prezidentlə xanımı Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldular - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 11:27
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
17 Sentyabr 2026 11:05
Bu il neçə üçəm doğulub?
16 Sentyabr 2026 16:13
Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09


Bakı -°C

