adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyul 2020 10:19
18359
İDMAN

Klopp: “Ferqyusonla tanışlıq Roma Papası ilə tanışlıq kimi idi”

"Liverpul”un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted”in keçmiş məşqçisi ser Aleks Ferqyusonla ilk tanışlığı barədə danışıb.

Bu barədə "Goal” nəşri yazıb.

Y.Klopp A.Ferqyusonun "Liverpul”u çalışdıra bilməyəcəyini düşünsə də, ona heyranlığını gizlətməyib.

"Yadımdadır, o, gördüyüm ilk britaniyalı məşqçi idi. Biz səhər yeməyində görüşdük. Onun hər şeyi xatırlamasından əmin deyiləm, ancaq mən xatırlayıram. Çünki mənim üçün bu an Roma Papası ilə görüşə bənzəyirdi. Mən heyranoldum”, - deyə Y.Klopp bildirib.