adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2020 11:53
12754
GÜNDƏM

Klassik ənənələri yaşada bilsək... - Akif Cabbarlı yazır

İyulun 22-də ölkəmizdə Milli Mətbuatımızın 145illiyi qeyd ediləcək. Azərbaycanın çoxəsrlik tarixinə, xalqımızın keşməkeşlitaleyinə geniş spektrdə işıq salan, ictimai-siyasi həyatımızı, xalqımızın adət-ənənələrini,quruculuq fəaliyyətini salnamələşdirən professional jurnalistikamızın, əsl qələmadamlarının bayramı əslində hər bir Azərbaycan vətəndaşının bayramıdır.

Milli mətbuatımızın klassik ənənələrə sadiqlikprinsipləri, saflıq, dürüstlük zəminində inkişafı, cəmiyyətin ləkəsiz aynasınaçevrilmək cəhdləri dövlətimiz tərəfindən daim dəstəklənir, yaxşı nə varsa,hamısı yüksək səviyyədə dəyərləndirilir. Redaksiyaların maddi-texniki bazasınıngücləndirilməsi, qəzetlərin çap xərclərinin azaldılması, borcların silinməsi iləbağlı vaxtilə ulu öndər Heydər Əliyevin atdığı addımlar bu gün də ölkə rəhbəriİlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Jurnalistlərin sosialrifahının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər, mətbuatıninkişafında müstəsna xidmətləri və haqqı olan media nümayəndələrinin təmirli mənzillərləmükafatlandırılması dünyada analoqu olmayan yaxşılıq və hörmət əlaməti,xeyirxahlıq missiyası kimi qiymətləndirilir. İnşallah, yaxın vaxtlardaJurnalistlər məhəlləsində inşası başa çatdırılmış üçüncü binaya köçəcək yenisakinlər – mətbuatda izi və sözü olan həmkarlarımız da bizim tükənməzsevincimizə qatılacaq və müqəddəs qonşuluq missiyamıza yeni rəng qatacaqlar,çox güman ki.

Yaxşı xatırlayıram, ötən əsrin 70-80-ci illərində şəhərziyalıları, dövlət qulluqçuları, xüsusən də tələbə gənclər paytaxtın küçə vəmeydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında mütləq ayaqsaxlayar, Moskvada və Bakıda nəşr olunmuş nüfuzlu mətbuat orqanlarının aktualmövzuda maraqlı yazılarını elə ayaqüstəcə oxuyardılar. Təbii ki, o vaxt abunəyazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalıaxşamlar evlərində mütaliə edərdi. Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərindəhər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkünidi. Təbii ki, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlardavə xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular kifayət qədərdirvə yüksək professionallıqla qələmə alınan yazılar qədərincədir. Bu mənada,keçmiş zamanların ənənələrini yaşatmağın yalnız fayda verəcəyini unutmaq olmaz.Məşhur Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir.Təbii ki, hər bir ictimai quruluş, zamanın gərdişi özü ilə bir sıra zəruruiyeniliklər də gətirir və bu tendensiyadan uzaq qaçmaq mümkün deyil. Ammazamanında meydana gələn və bu gün də gərəyimiz olan forma və metdolardan,yanaşma tərzindən niyə də istifadə etməyək?

Zənnimcə, dövrümüzün mühüm atributları sırasındavaxtilə əlimizdən tutan, dividend gətirən dəyərlərdən də istifadə etməliyik.Doğrudur, indi bir sıra mətbuat orqanlarında, xüsusən internet-mediada çox vaxt"qışqıran”, səs-küylü mövzulara üz tutulur, bununla da sanki oxucu toplamağa səygöstərilir. Amma belə mövzuların əvəzinə insan taleyi, elmimizin bu günü,uşaqlarımızın gələcəyi, təhsilimizdəki vəziyyət, lap elə mətbuatımızın indikidurumu ilə bağlı saysız-hesabsız mövzular var ki, qəzet səhifələrində,saytlarda görünsə, yəqin ki, həm oxucular, həm də bütövlükdə cəmiyyətimiz üçünolduqca faydalı olar, böyük maraqla qarşılanardı. Ola bilsin ki, bəziləri mənimbu düşüncələrimi nostalji hisslərə söykənən, köhnə fikirli birisinin duyğularıkimi dəyərləndirsin. Amma bu cür düşüncə daşıyıcılarının müasir fikirlilərləeyni zaman kəsiyində və bir müstəvidə yaşayışını və fəaliyyətini də unutmaqolmaz. Elə buradaca deyim ki, unudulmuş qəzet janrlarına – oçerk vəreportajlara, müsahibə və zarisovkalara, xatirə yazılarına, memuarlara yeni nəfəs,həyat verilsə, təbii ki, bu, indiki yazarlara nüfuz qazandırardı.

İndi deyəcəyim fikirləri vaxtilə mətbuatda səsləndirmişəm.Zənnimcə, yenidən xatırlatsam, yerinə düşər. Bir vaxtlar paytaxtın küçə vəmeydanlarında saysız-hesabsız qəzet köşkləri qoyuldu. Bəli, məhz qəzet köşkləri.İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnalxiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları,oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başadüşüləndir. Adamqazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir.Yuxarı dairələrdəki arxalarına güvənən bəzi köşk satıcıları çap məhsullarınınrealizəsini arxa plana keçirdilər. Beləliklə, az-çox itirən, bu satılıqmalların içində itib-batan da qəzet və jurnallar oldu. Onsuz da çap mediasınamarağın getdikcə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləriilə üzləşməli olublar. Elektron KİV-in sürətli inkişafı, qəzet, jurnalredaksiyaların professional kadr qıtlığı insanların daha operativ və xərcsiz-filansızinformasiya əldə etmək istəyini də unutmaq olmaz.

Son vaxtlar mətbuatımızda sağlam atmosferin bərqərarolunması ilə bağlı atılan addımlar media mənsublarının ürəyincədir. İndi gənclərdaha həvəslə yazmağa, neqativ məsələlərin çözülməsinə yaxından kömək etməyə cəhdgöstərirlər. Onların qarşısında yaşıl işıq yandırmaq müvafiq orqanların əsas vəzifəsinəçevrilməkdədir. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakarjurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları da yaddançıxarılmamalıdır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı,sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirər, yenidəncəmiyyətə, media aləminə dönüşünə rəvac verərdi. Yaşlı və artıq işləməyənjurnalistlərin təcrübəsindən öyrənmək üçün yollar axtarılmalıdır. Bu adamlarıniştirakı ilə gənc yazarlar üçün "ustad dərsləri” keçirilməsi və onların təcrübəsiniəks etdirən xüsusi nəşrin hazırlanması faydalı olardı. Bununla bağlı MətbuatŞurası nəzdindəki Ahıl Jurnalistlər Birliyi xüsusi layihə hazırlayıb və ümidedirik ki, bu layihə tezliklə reallaşdırılacaq. Yeri gəlmişkən, ustad hesabolunan profesionallar arasında ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatlabağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək də olduqca zəruridir. Butədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdəntəminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərinimkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə ahıljurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Bu cürpraktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərimzamanı "Vaşinqton-Post”, "Nyu-York Tayms” kimi nəşrlərdə 70-80 yaşlı jurnalistləringənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam. Redaksiyalar sadaladığımistiqamətlərdə fəaliyyətlərini gücləndirsələr, zənnimcə, yaxşı səmərə verərdi.Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimijurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzetredaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalistolmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar. Eləburadaca qəzetlərin daha populyar olması, nüfuz qazanması üçün tənqidiyazılara, cəmiyyətin problemlərinin həllinə kömək olası materialların dərcinə rəvacverilməli, reklam bazarı gücləndirilməli, bütövlükdə rəngli çap versiyasınakeçilməsi üçün tədbirlər görülməlidir. Bütün bunlar isə qəzet, jurnalredaksiyalarının, Mətbuat Şurasının, KİV-ə Dövlət Dəstəyi Fondunun öz potensialimkanlarından daha səmərəli istifadəsini, radikal islahatların genişləndirilməsinizəruri edir.

Məhəlləmizdə tez-tez rastlaşdığım köhnə tanışımındedikləri günün mövzusu ilə bağlı düşüncələrimə nöqtə qoya bilər;

-Hər gün xeyli qəzet alıram, gözlərim zəifgördüyündən bəzi yazıları universitet tələbəsi olan nəvəmə oxutdururam. Həm dədeyirəm qoy əlləri, barmaqları klaviaturadan ayrılıb qısa müddət də olsa qəzetətoxunsun. İnanın, bu təmasın doğurduğu təəssürat, kağızın ətri, enerjisi insanbeyni, zehni üçün olduqca gərəklidir, dərman kimidir. Klassik ənənələri qorumaqhər birimizin borcudur.

Təbii ki, köhnə tanışımın söylədikləri elə mənim də,mətbuatda saç-saqqal ağartmış bir çox həmkarlarımın da ürəyindən keçənlərdir.Bu istəyimizin reallaşdırılması, mətbuatımızın perspektivinin daha işıqlı gələcəyəmeyillənməsi isə bütövlükdə cəmiyyətimizin arzusu, tükənməz istəyidir.