Kiyevə dron və raketlərlə hücum: ölənlər və xəsarət alanlar var
İyulun 9-dan 10-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.
Adalet.az-ın məlumatına görə, ilk öncə zərbə dronları ilə müxtəlif istiqamətlərdən Kiyevə kütləvi hücum olunub, partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb. Daha sonra Kiyevə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Şəhərdə çoxsaylı dağıntılar var, yaşayış binaları ciddi ziyan görüb.
Kiyev şəhərinin meri Vitali Kliçkonun verdiyi məlumata görə, paytaxtın Qoloseyev, Şevçenko, Solomin, Darnitsa, Svyatoşin və Podol rayonlarında dağıntılar qeydə alınıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, hava hücumu zamanı Kiyevin 8 rayonunda yaşayış, tibb, təhsil, ticarət və nəqliyyat infrastrukturuna ziyan dəyib. Podolsk rayonunda 2 qadın - 68 yaşlı sakin və 22 yaşlı metropolitenin polis əməkdaşı həlak olub, 20-dən çox insan xəsarət alıb. Dağıntıların altında qalanların olduğu istisna edilmir.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

