adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Mart 2017 13:09
5154
MƏMLƏKƏT

KİVDF qalib jurnalistləri mükafatlandırdı

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 158 yazı təqdim olunub:

"Bu göstərici ötən müsabiqələrə nisbətən çoxdur. Bu da jurnalistlərin müsabiqəyə marağının hər il artdığına işarədir. Müsabiqədə yenə də 1, 2 və 3-cü yerlər üzrə qaliblər müəyyən edilib. Əvvəlki müsabiqələrdən fərqli olaraq, bu dəfə yalnız 1-ci yer üzrə qaliblərə diplomlar təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə isə yalnız pul mükafatı təqdim ediləcək".

Çıxışlardan sonra müsabiqənin qaliblərinin adları açıqlanıb.