KİV: Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib

ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə Avropa siyasətçiləri ilə söhbətində münaqişənin nizamlanması çərçivəsində Ukraynada Çin sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edib.
Adalet.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Çin sülhməramlıları ideyası Avropa ölkələri və Ukrayna tərəfindən dəstəklənməyib.
Rəsmi Kiyev və Avropa dövlətləri Pekini Rusiya hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham edirlər.
Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə qəzetə şərhində Ukraynaya Çin sülhməramlılarının göndərilməsinin müzakirə olunması barədə məlumatı “yalan” adlandırıb.
Digər Xəbərlər

Zelenskidən Parubiyin qətli ilə bağlı məlumat

Belçika Ukraynaya 100 milyon ayırdı

Si Cinpin: Çin dünyada sülhün qorunması üçün məsuliyyət götürməyə hazırdır

Rusiyada təyyarə qəzaya uğradı

Paşinyan özünə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə təyin edib

Zaxarova: ABŞ tərəfi Ukraynadakı biolaboratoriyalarla bağlı reaksiya vermir

Ərdoğan xalqa müraciət etdi: Terroru yox edəcəyik!
