adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2014 14:16
7470
MƏMLƏKƏT

Kitabların elektronlaşdırılması nə vəd edir?

İnformasiya və kommunikasiyatexnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri kimi artıq hər bir sahədə tətbiqedilir. Müasir texnologiyanın təsir dairəsi iqtisadi və sosial sahələri, elm və təhsili,mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir, artıq hər bir sahədə bu texnologiyaların üstünlüklərdən yararlanmaqla, daha uğurlu nəticələrəldə edilir.

Amma həyatın, belə deyək, elektronlaşdırılmasının mənfi tərəfləri də azdeyil. Ənənəvi, adət etdiyimiz resursların, vasitələrin bu gün "robotlaşması”,kompyuterin insan üzərində hakimiyyəti əsrimizin kandarına qədər əldə etdiklərimizidə silinmək təhlükəsi ilə üz-üzə qoyur.

Konkret olaraq, kitabların elektronlaşdırılması məsələsinə toxunsaq,burada fikirlər daim haçalanır. Bir qrup insan bunun daha mütərəqqi, əlçatanolduğunu düşünsə də çoxları kitabların elektron versiyalarının ənənəvikitabları tarixə çevirəcəyindən narahatdır.  Çünki, əvvəllər kitablar informasiya, maarifçilik baxımından faydalı idisə, indi kompyuter texnologiyaları sayəsində ənənəvi kitablar yalnızmütaliə üçündür.  Kitablarəsas funksiyasını təhsil ocaqlarında qoruyub saxlayırdılar ki, artıq bu məkanlardada kağız kitablar yerini elektron kitablara verməli olacaqlar.

Belə ki, artıq Azərbaycan təhsilinin inkişafı və dünyastandartlarına çatdırılması baxımından qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq elektrondərsliklərin hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektronformada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub. Qarşıdakı illərdə bütün ümumi məktəbşagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğundərsliklər həmin planşetə yüklənəcək. Təhsil Nazirliyinin rəsmiaçıqlamasında bildirilir ki, yaxıngələcəkdə elektron dərsliklərə keçid üçün ilk addımlar da atılıb. Nazirlik yeni hazırlanan dərsliklərinhamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formalarınəşriyyatlardan alınıb. Bu da gələcəkdə dərsliklərin elektron formasınınhazırlanmasında əlavə resurs olacaq.

Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçəillərdir elektron dərsliklərə keçilib və istifadə olunur. Son illərdə tibbekspertləri həyəcansiqnalı çalırlar ki, ənənəvi dərsliklərin doldurulduğu çantalar azyaşlılardaonurğa sütunununəyriliyinə səbəb olur. Bubaxımdan elektrondərsliklərənənəvi dərsliklərdən daha yaxşı hesab olunur, çünki çəkisi 600-700qram olan planşetlərə  bütün dərs vəsaitlərinin yüklənməsimümkünolduğundan, ildən-iləağırlaşan məktəbli çantalarına daşımağa ehtiyac qalmayacaq.


"Planşet yaxşı tədris bazası ilə təmin olunmasa, o elektron cihazdan başqa bir şey olmayacaq"


Bəs elektron kitablara keçid böyüməkdə olan nəslin ənənəvikitablardan tamamilə uzaqlaşmasına gətirib çıxarmazmı? Azərbaycanın nüfuzlu nəşriyyatlarındanolan "Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov elektron kitabların ənənəvikitabları sıradan çıxara biləcəyini düşünmür: "Mən təsəvvür eləmirəm ki, kimsəbütün kitabları elektron versiyada oxumağa üstünlük versin. Çünki bu, hər şeydənəvvəl yorucu və gözə ziyanlıdır. Təbii ki, kitabları çap versiyada oxumaq dahayaxşıdır. Amma əlçatan olduğu üçün elektron kitablardan da yararlanmağınfaydaları var. Bu həm də uşağın müstəqil oxumasına öz müsbət təsirini göstərəbilər. Üstəlik tapşırıqlarını valideynlərin müdaxiləsi olmadan elə planşetdəcəyerinə yetirə bilər ki, bu da yerində və dürüst qiymətləndirməylə nəticələnər”.

R.İsmayılov hesab edir ki, dərsliklərin elektronsistemə keçməsi üçün əvvəlcə baza təkmilləşdirilməlidir. Onun sözlərinə görə, planşet yaxşı tədrisbazası ilə təmin olunmasa, o elektron cihazdan başqa bir şey olmayacaq. İnternetresursları lazımi səviyyəyə gətirilməlidir ki, şagird doğru informasiyalardan bəhrələnəbilsin: "Amma bu gün, götürək Vikipediyanın Azərbaycanca versiyasını – tamamiləyararsız vəziyyətdədir. Həm informasiya azdır, həm də mövcud informasiya dəqiqvə mötəbər deyil. Artıq bununla bağlı dəfələrlə müraciət etmişəm. Nəşriyyatımız həmin məlumatların istifadəsindənimtina edib, çünki dərslik çox ciddi bir nəşrdir və burada yanlışlığa yol verməkolmaz. Ona görə də daha mötəbər və etibarlı kitablardan, məsələn: Azərbaycan SovetEnsiklopediyası kimi kitablardan yararlanmaq olar. Təbii ki, adıçəkilən nəşrdəkommunizm ideologiyaları məlum məsələdir ki, üstünlük təşkil edir, belə mənəvicəhətdən köhnəlmiş nəşrlərlə də bir qədər ehtiyatlı olmaq lazımdır, ammabunların çıxarılıb konkret informasıyaların saxlanılması ilə yaxşı bazayaratmaq mümkündür.  Bu baxımdan nəşriyyatımızlüğət sistemini təkmilləşdirmək istiqamətində əhəmiyyətli işlər görüb. Hazırda,həmin Sovet Ensiklopediyasının bazasında izahlı lüğətlər hazırlayırıq”.

R. İsmayılov onu da diqqətə çatdırdı ki, əgər nəşriyyatlarçevik tərpənsələr, öz işlərində yeni bir istiqamət götürsələr heç nə itirməzlər,əslində qazana bilərlər. Onun sözlərinə görə, sifarişlər azaldığına görə, burdaitirən tərəf yalnız mətbəələr ola bilər. Amma onlar da bundan doğru bəhrələnəbilsələr, yararlana bilərlər. Çünki kəmiyyət azaldığına görə daha keyfiyyətlikitablar nəşr edə bilərlər ki, bu da satış baxımından daha əlverişli olar.