adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyun 2015 14:50
2933
MƏMLƏKƏT

“Kitabi-Dədə Qorqud”un izi ilə Zaqatalaya

Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondunun "İlboyu bilik" proqramı üzrə ""Kitabi-DədəQorqud"un Zaqataladakı izləri", "Qafqaz Albaniyası və onunhazırki varisləri", "Qardaşlaşmış məktəblər" və "Evkitabxanası" layihələri çərçivəsində 19-21 iyun tarixlərində Zaqatala şəhərindəsilsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, BilikFondunun, AMEA-nın, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin vəBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, yerli icra strukturu əməkdaşlarının,Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları 6 məktəbinşagirdlərinin iştirakı ilə keçirilən tədbirlərin istinad mənbəyi "Kitabi-DədəQorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsihaqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixliSərəncamı olub. Ölkə Prezidentinin bu Sərəncamda göstərdiyi aydın hədəflərədoğru istiqamətlənən tədbirlər həm də cənab İlham Əliyevin təşəbbüsü ilə həyatakeçirilən "Ölkəmizi tanıyaq” layihəsinin davamıdır. Dövlət müşaviri akademikKamal Abdullayevin birbaşa təşəbbüsü ilə reallaşdırılan bu layihələr ÖlkəPrezidentinin həyata keçirdiyi Azərbaycançılıq ideologiyasının hər birAzərbaycan vətəndaşının qəlbində və düşüncəsində kök salmasına, gənclərimizinmilli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına yönəlib.

Посмотреть увеличенное изображение

Zaqatala rayon İcraHakimiyyəti başçısı Mübariz Əhmədzadənin rəhbərliyi ilə icra hakimiyətinin dəstəkverdiyi tədbirlərə rayonun Əliabad kəndindən start verilib. ƏvvəlcəUlu Öndərin abidəsini ziyarət edən nümayəndə heyəti Əliabad qəsəbəsindəki XVII əsrəaid qədim məsciddə olub.

2012-ciilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasındahazırda bərpa işləri aparılır. Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir MöhsümAğa ziyarətgahının maliyyə dəstəyi ilə həyata keçirilən bərpa işlərinə DiniQurumlarla İş üzrə Dövlət Komitəsi və xeyriyyəçilər də kömək göstərirlər.

Tanışlıqdansonra məscidin həyətində toplantı keçirilib. Toplantını icra başçısı Mübariz Əhmədzadəaçaraq, layihələrin Zaqatalada baş tutacağından böyük fərəh hissi keçirdiyinideyib.

Dövlətmüşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov ZaqatalanınAzərbaycanın multikultural dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirib.Zaqatala sakinlərinə Dövlət müşaviri Kamal Abdullayevin salamını çatdıranC.Məmmədov deyib ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri əsrlər boyudurqardaş kimi yaşayırlar: "Azərbaycanı fərqləndirən cəhətlərdən biri bütüninsanların dövlətçilik ətrafında birləşməsidir. Biz bu qardaşlığın əbədiolmasına çalışmalıyıq. Bilirsiniz ki, Azərbaycanı gözü götürməyən qüvvələr var.O qüvvələrə bizi bir-birimizə qarşı qoymağa imkan verməməliyik. Din dövlətdənayrıdır. Buna baxmayaraq, dövlət islam dininin inkişafı üçün əlindən gələnköməyi əsirgəmir. Ölkəmizdə məscidlər tikilir, təmir olunur, islam qaydalarınauyğun yaşamaq üçün bütün şərait yaradılır. O cümlədən başqa dinlərinnümayəndələri də dini inanclarının qorunmasında mütamadi olaraq dövlətdəndəstək alırlar. Ona görə də hər bir azərbaycanlı dövlətinin yanındadır və xaricitəhdidlərə cavab verməyə hazırdır".

Посмотреть увеличенное изображение

Əliabadicra nümayəndəsi Həsən Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin yerli nümayəndəsi Mehman İsmayılov, çıxışlarında yaşadıqlarırayondakı inkişafdan söz açıblar, din azadlığının yüksək səviyyədə olduğunudeyiblər.

BilikFondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun layihələrindəndanışıb. Onun sözlərinə görə, bu layihələr bir-birinin davamıdır və əhalininmaariflənməsinə xidmət edir.

İmamDarçın Əfəndi dinə göstərilən qayğıdan söz açaraq bildirib ki, məscidin təmirindəəməyi olan hər kəs böyük savab qazanıb və bütün əliabadlılar onlara dualaredirlər.

Qardaşlaşmasazişini imzalamaq üçün bir araya gələn məktəblilərin təşəbbüsü ilə hazırdatəmir işləri aparılan məscidin həyətində iməçilik keçirilib. Məktəblilərməscidin həyətində olan tikinti materiallarının daşınmasında, həyətdəsəliqə-səhman yaradılmasında, ağacların və gül kollarının əkilməsində və suvarılmasındaiştirak edib.Bilik Fondu tərəfindən məscidə dini, elmi-populyar və bədii ədəbiyyatnümunələrindən ibarət 100 adda kitab hədiyyə olunub.

Посмотреть увеличенное изображение

Nümayəndəheyəti rayonun Xalça evində də olub. Onlara xalçalar barədə geniş məlumatverilib.

Gününikinci yarısında Əliabad mədəniyyət evində "Qafqaz Albaniyası və onunhazırki varisləri” mövzusunda konfrans başlayıb. Tədbirə moderatorluq edənDövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov bildirb ki, zaqatalalılarınkonfransda həvəslə iştirakı, yaradılan şərait layihənin bu ərazidə uğurlukeçəcəyini indidən məlum edir. Tədbirə qatılan məktəbliləri salamlayan S.Hüseynovmüxtəlif xalqların çələng kimi Azərbaycana yaraşıq verdiyini diqqətə çatdırıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutununaparıcı elmi işçisi Mübariz Xəlilov"Qafqaz Albaniyası və onun irsi"mövzusunda çıxış edərək, Azərbaycanda yaşayan xalqların tarixi köklərindəndanışıb və qeyd edib ki, udilər, ingiloylar Alban mədəniyyətinin varisləriolaraq, bugünkü Azərbaycanın eynihüquqlu vətəndaşlarıdır.

Bakı Slavyan Universitetinin kafedra müdiri ŞirinbəyƏliyev əsasən Əliabadda yaşayan ingiloyların tarixinə diqqət çəkib. Alim qeydedib ki, tədqiqatlar sırf siyasi məqsədlə aparılıb. İngiloylar QafqazAlbaniyasınının ərazisində yaşayan Gel tayfalarının davamçısıdır və onlar Azərbaycanmədəniyyətinin formalaşmasında yaxından iştirak ediblər.

Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov azərbaycanlıların tarixənmultikultural əhval-ruhiyyədəolduqlarını bildirib, bunun həmişə belə davam edəcəyinəinamını ifadə edib.

Посмотреть увеличенное изображение

Ceyhun Məmmədov Azərbaycanərazilərindəki bütün abidələrə, mədəniyyət nümunələrinə sahib çıxmağınvacibliyini vurğulayıb.

Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikrinixatırladıb: "Kamal müəllimin bir fikri var, "biz hər birimizayrı-ayrılıqda özümüz üçün maraqlıyıq, güclüyük, əzəmətliyik. Ancaq Azərbaycanxalqı, AZƏRBAYCANLI adlananda başqaları üçün maraqlı, güclü, əzəmətlioluruq".

Tədbirə Əliabad qəsəbə mədəniyyət evinin yerli özfəaliyyətdərnəyi konsert proqramı ilə yekun vurub.


Müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı 6məktəb qardaşlaşdı

Həmin gün Əliabad qəsəbə A.Hacıyev adına 1 nömrəli məktəbdə Bakı şəhəri Xəzərrayonu 156 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic kənd 2 nömrəli tam orta məktəb,İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi, Balakən rayonuhumanitar-texniki təmayüllü lisey, Qax rayonu Əmbərçay kənd tam orta məktəbi,Zaqatala rayonu Əliabad kənd 1 nömrəli tam orta məktəbləri arasında"Qardaşlaşma sazişi" imazlanıb. Udilər, saxurlar, gürcülər, ruslar, avarlar,ləzgilər, ingiloylar – bir sözlə AZƏRBAYCANLI məktəblilər Qardaşlaşma Sazişiimzaladıqdan sonra "Kitabi-Dədə Qorqud" dastanındakı hadisələrin əksolunduğu səhnəciklər göstərib, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər.

Bütün tədbirlər icra başçısı Mübariz Əhmədzadənin vəyerli icra strukturu rəhbərlərinin iştirakı ilə keçirilib. Qardaşlaşan məktəblərvə yerli nümayəndələr bir-birinə xatirə hədiyyələri veriblər.

Əslində bu qardaşlaşma prosesindən əvvəl müxtəlifmilli azlıqların nümayəndələri olan bu məktəblilərinAZƏRBAYCANLI adı altında lap çoxdan qardaş olduğuna hər kəs şahid oldu.

Tədbir iştirakçıları axşam Mir Möhsüm Ağa ziyarətgahının Əliabadməscidində açdığı iftar süfrəsinin qonağı olublar. İftardan sonra Şüvəlan,İvanovka, Nic məktəbliləri Əliabadlı şagirdlərin evlərində gecələyiblər. BilikFondunun "Ev kitabxanası"na daxil olan kitablar 15 evə hədiyyəolunub.

Посмотреть увеличенное изображение

Səfərin ikinci günü Heydər Əliyev Mərkəzində""Kitabi-Dədə Qorqud"un Zaqataladakıizləri" adlı konfrans keçirilib. İcra başçısının və rayon ictimaiyyətininiştirakı ilə keçirilən konfrans maraqlı çıxışlarla yadda qalıb.

Konfransı giriş sözüilə açan Sərraf Hüseynov Zaqatalada bu səviyyədə qarşılandıqlarına görə hər kəsəminnətdarlığını bildirib və bu günə qədər "Kitabi-Dədə Qorqud"un iziilə həyata keçirilən tədbirlər barəsində məlumat verib.

BSU-nun professoruRüstəm Kamal ""Kitabi-DədəQorqud""da islam həqiqəti", BakıDövlət Universitetinin kafedra müdiriRamiz Əsgər 
""Kitabi-Dədə Qorqud" biblioqrafiyası", 3 saylı məktəbindirektoru Elmira Hacıyeva"Zaqatala– tarixin özü", AMEA-nın Folklorİnstitutunun şöbə müdiriAğaverdi Xəlilov ""Kitabi-Dədə Qorqud"milli-mənəvi dəyərlərimizin mənbəyi kimi”, Zaqatalada fəaliyyət göstərən"Yeni Fikir" İctimai Birliyinin sədri Elmira Mehdiyeva "Dastanınraellıqla uyğunluğu", AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşıAllahverdiTeymurov ""Kitabi-Dədə Qorqud"da ailə hüququ məsələləri",AMEA-nın Folklor İnstitutunun əməkdaşı LəmanSüleymanova ""Kitabi-DədəQorqud" dastanındakı xalq deyimlərinin Zaqatala bölgəsində işlənən deyimlərləsəsləşməsi", rayonun Yengian bələdiyyəsinin sədri Xuraman Şabanovanın"Qədimoğuz tayfalarının yerli nümunələri" mövzusundakı çıxışları "Kitabi-DədəQorqud" dastanının möhtəşəm bir əsər olduğunu, Azərbaycan xalqının mənəviyyatabidəsi səviyyəsinə ucalığını və bu abidənin qorunmasının ömürlük missiya olduğunubir daha təsdiqləyib.

Elə bu üzdən Ceyhun Məmmədovçıxışında azərbaycanlıları milli-mənəvi dəyərlərinə sahib çıxmağa çağırıb vəbildirib ki, başımıza gələn bəlalar dəyərlərimizə tapınmamağımızla bağlıdır.

Tədbirin sonunda OktaySəmədov 3 günlük səfər çərçivəsində dəstək olan hər kəsə adbaad təşəkkürünübildirb. Şagirdlərin Əliabadda qonaq qaldığını xatırladan icraçı direktor növbətisəfərlərdə bütün nümayəndə heyətinin evlərdə qonaq olacağını bildirib. Onun buaçıqlaması zalda alqışalarla qarşılanıb.

Konfransın sonaçatdığını elan edən Sərraf Hüseynov tədbirlərdən böyük nəticələr əldəolunacağına əminliyini vurğulayıb. O, mərkəzədə yanan Birinci AvropaOyunlarının məşəlinə işarə edərək, fikirlərini Dədə Qorqudun deyimi iləyekunlaşdırıb: "Haqq yandıran çırağımız sönməz olsun".

Nümayəndə heyəti Bakıya Zaqatalanın Dədə Qorqud meydanından yola salınıb. Onlarınşərəfinə maraqlı konsert proqramı hazırlanıb. Bilik Fondu maarifləndirməmissiyasına sadiqlik nümayiş etdirərək, meydandakıkitabxanası olan "Ailəvi” kafesinə kitablar hədiyyə edib.

Посмотреть увеличенное изображение

Tədbiriştirakçıları geri - Bakıya qayıdarkən yolustü Qax rayonu ərazisində yerləşənqədim Alban abidəsi - Kürmük məbədində olublar. Şüvəlan və İvanovkadan olanməktəblilərə tarixi abidə barədə geniş məlumat verilib.






AzərbaycanRespublikasının Prezidenti yanında

BilikFondunun mətbuat katibi Ceyhun Musaoğlu