adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2017 22:29
28947
ƏDƏBİYYAT

Kitab oxuyanların DİQQƏTİNƏ!

Kitab oxuyanlar - Fərqli xarakterləri

Araşdırmaçılar açıqladı: Kitab oxuyursunuzsa empati qabiliyyətinə sahibsiniz və daha incə qəlbli bir insansınız!

Kitab oxumağı sevirsinizmi? Onda bu yazını diqqətlə oxuyun, sizi xoşbəxt edəcək! Çünki siz empati qura bilən, incə ürəkli bir insansınız.

Daha yaxşı bir insan olmaq istəyirsiniz? Onda bir neçə kitab səhifəsi qarışdırmağa başlasanız yaxşı olar.

Çünki yeni bir araşdırmaya görə, davamlı oxumaq sizi daha incə, mədəni bir insana çevirəcək.

123 iştirakçı, kitab, televizor və teatr seçimləri üzərindən bir sınaq keçirildi.

Sonradan əlaqə qabiliyyətləri ölçülür. Qarşılarındakı insanların hisslərinə nə qədər önəm verdikləri, nə qədər yardımsevər olduqlarına baxılıb.

Londanndakı Kingston Universitetində edilən araşdırma: oxucuların, televizor izləməyi seçənlərə görə sosial olaraq daha qəbul edilə bilər rəftarlara sahib olduqları müşahidə edilib.

Hətta, daimi televiziya izləyicilərinin daha az istiqanlı və daha az anlayışlı olduqları müşahidə edilib.

Ancaq hər kitab deyil, duyğusal zəkanız seçdiyiniz kitab növünə görə dəyişiklik göstərir.

Araşdırmaya görə, fantastika heyranları daha pozitiv sosial davranışlar sərgiləyərkən, dram və romantik sevənlər ən çox empati göstərənlər oldu.


Bənzər şəkildə, tibbi kitabları sevən insanlar hadisələrə fərqli baxış bucaqlarından yaxınlaşarkən komediya sevənlər isə başqalarıyla ən çox əlaqə qura bilənlər oldu.

Ancaq bunların yanında, araşdırmaçılar bu araşdırmanın qəti bir səbəb-nəticə münasibəti qurmadığını, daha düşüncəli insanların daha çox kitab oxumağı seçim edə biləcəklərini unutmamaq lazım olduqlarını ifadə ediblər.