adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Mart 2020 08:30
126533
ƏDƏBİYYAT

Kişilərə nifrət edən, amma evlənən lezbiyan yazıçı...

Çox azyazıçının belə təmiz, hörmətli nəsil şəcərəsi olur. Virciniya Vulf da belələrindəndir.Atası cəmiyyət içində hörmət olunan avtobioqrafiya yazarı və redaktor idi. Xaçatası isə şair Ceyms Rassel idi. Anası isə əsilzadə soyundandır. Kraliça MariyaAntunettanın nəslindəndir. Vulf uşaqolarkən evlərində dövrün məşhur sənət və incəsənət adamları qonaq oldu. Onlarınarasında Eliot, Henri Ceyms və başqa məşhurlar vardı.

Həyat həmişəgözlənildiyi kimi xoş keçmir. Uşaq yaşlarında Vulf və bacısı ögey qardaşları tərəfindəntəcavüzə uğradı. Anaları 1895-ci ildə qripdən vəfat etdi. Ailədəki faciəvi ölümbununla da bitmədi, 1897-ci ildə ögey bacıları öldü. Vulf ögey bacısının ölümünə"bu ikinci ölüm məni məhv etdi” deyirdi. Stellanın ölümünün yaşatdığı stres onuhər zaman izlədi.

Vulfpanik-atak xəstəsi idi. O dövrdə kimsə buna anlam verə bilmir, Vulfundavranışını dəlilik halları kimi qiymətləndirirdilər. 1904-cü ildə atasının vəfatıbunun zirvə nöqtəsi oldu. Yazıçı saatlarla öz-özünə danışır, romanını bitirməyəaz qalmış isə dəliyə çevrilirdi. Bir dəfə 48 saat dayanmadan öz-özünədanışmışdı. Bu hərəkəti onu utancaq biri kimi tanıyanları təəccübləndirmişdi.

Vulflezbiyan idi. Gənc yaşlarında kişilərlə münasibəti olsa da sonradan kişiləriqadınlar əvəz etməyə başladı. Yeniyetməlik yaşlarında özündən 17 yaş böyük olanailəvi dostları Dikkinsondan xoşlanmağa başladı. O, məktublarında Dikkinsonacinsəl məzmunlu qeydlərə yer verirdi. Bir dəfə ona "Kaş ki, kenquru olaydın,balaca kenquruları daşımağa da bir kisən. Kim bilir, içində nə fırtınalar,çılğınlıqlar var” yazmışdı. Vulfun Dikkinsonlacinsəl münasibət yaşaması məlum deyil, amma Orlando romanına ilham verənSeksvil ilə uzun müddət münasibəti oldu.

Hər nə qədərlezbiyan olsa da Vulf evlənmişdi. Onun həyat yoldaşı çox intelektual biriydi.Vulf Leonard ilə birlikdə Bloomsbury ədəbiyyat klubunu qurdu. Onun iki şeydən zəhləsigedirdi: Yəhudilər və kişilər. Çox maraqlıdır ki, əri Leonard yəhudi idi. Vulfilə sevişməyə çalışan Leonard bununçün çox zəhmət çəkdi. Bir neçə illik cəhdlərindənsonra bu istəyindən vaz keçdi. Cütlük ədəbiyyat tarixinin ən qəribə evliliklərindəndir.

Vulf vəLeonardın maraq göstərdiyi ortaq cəhətlərindən biri də intihar idi. Dünyanınbir cəhənnəmə doğru sürükləndiyini düşünürdülər. Onlara görə bu cəhənnəmin cəzasınısosialist yəhudilər və feminist lezbiyanlar çəkəcəkdi. Bunu görməməkçünqarajlarında ehtiyat benzin saxlayırdılar. Bu cür hallarda özlərini yandırıbintihar etməkçün. Bundan əlavə öldürücü dozada morfi də ehtiyat "silahları”sırasında idi. II dünya müharibəsi başlar-başlamaz Vulfun gümanları özünüdoğrultmağa başladı. Depressiyaya düşən yazıçıson romanını yazarkən Londondakı evi iki dəfə bombalandı və dağıldı.Vulf 28 martda əri və qızına məktub yazaraq evi tərk etdi. Ouse çayının sahilindəağırlıq etməsi üçün cibinə daşlar yığdı. Özünü suların qoynuna buraxaraqintihar etdi. Cəsədi üç həftə sonra tapıldı.

Vulfheyvanları çox sevirdi. Onun sincabı, ipək meymunu və siçanı var idi. Yazıçı ətrafındakıinsanlara da heyvan adları qoyurdu. Bacısı Vanessaya delfin adını uyğunbilmişdi. Bacısı isə ona keçi deyirdi. Yazıçının ilk məqaləsi də it üçünyazılan ölüm elanıydı.

Vulfuşaq olarkən məşhur heykəltaraş Rodinlə mübahisəsi düşmüşdü. Dostlarıyla heykəltaraşınemalatxanasını ziyarət edən yazıçıya üstü örtülmüş büstlərə toxunmamağı xəbərdarlıqedilmişdi. Bunlara fikir verməyən Vulfun ilk işi qadağan olunan heykəllərətoxunmaq və üstlərini açmaq oldu. Bundan əsəbləşən Rodin onun yanağına silləilişdirmişdi.

Depressivvəziyyətinə baxmayaraq yazıçı zarafatlarından da qalmırdı. Britaniyadonanmasını ələ salan yazıçının zarafatı çox məşhurlaşdı.

1910-cuildə kral donanmasını ələ salan 6 nəfərdən biri idi. Onların arasındakı təkqadınıydı. " Dretnot zarafatı”nın əsas qayəsi donanmanı yoxlamağa gələn səlahiyyətlilərəinandırmaq yönündə idi. Vulf və dostları gəmi heyətini inandırmaq üçün kirayəyəgeyimlər götürdülər, makyaj etdilər. Gəmidəkilərə svaxi dilində yazılmışburaxılış sənədi göstərdilər. Həyəcanlarını göstərmək üçün "bunqa, bunqa” deyəqışqırdılar. Bu "afrikalılar” gəmidən çıxmamışdan öncə bəzi zabitlərin sinələrinəmedal taxmağı belə unutmadılar. Bu hərəkətlərindən sonra etdiklərini Britaniyamətbuatında tirajladılar. Hadisə orduda bomba effekti yaratdı. Əhali və jurnalistlərarasında böyük dəstək görən bu hadisədən sonra "bunqa, bunqa” deyimi xalqınşüarına çevrildi.

Bacısınınayaq üstdə durarkən rəsm çəkməsindən ilham alan yazıçı bütün əsərlərini ayaqüstdə yazdı.

1926-cıildə məşhur yazıçı Tomas Hardini evində ziyarət edən Vulfun bu görüşü heç dəplanladığı kimi getmədi. Tomas ədəbiyyatmüzakirələrinə həvəsli deyildi. Görüşünsonunda Vulf üçün kitab imzalayan Hardi yazıçının adını səhv yazmışdı. Bundan əsəbləşənVulfun stresi bir neçə günə ötüb keçdi.

Heyvanlarıçox sevən yazıçı " it həyatı”na dair avtobioqrafik əsər də yazmışdı. Bu əsərilk altı ayda 19.000 nüsxə satıldı. Onun ən çox satılan kitabına çevrildi.

Tərcüməetdi: Emin Piri