Kirayə vergisi 5 faizə endirilsin - Təklif
Gələn ildən "Vergi Məcəlləsində" nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır.
Adalet.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil, 10 faiz vergi ödəyəcəklər:
"Kirayə vergisinin azaldılması müsbət haldır. Bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması ilə bağlı idi.
Bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.
Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrinin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin 14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı", - deyə deputat əlavə edib.
Digər Xəbərlər
08 Dekabr 2025 17:04
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edildi
08 Dekabr 2025 16:54
Bu Şuraya yeni üzvlər təyin edildi
08 Dekabr 2025 15:21
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
08 Dekabr 2025 12:17
Azərbaycanda bu şəxslərə 8 min manatlıq müavinət veriləcək
08 Dekabr 2025 11:39
11 ayda icmal və dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Dekabr 2025 11:36
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
08 Dekabr 2025 10:57
“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
08 Dekabr 2025 10:17


Bakı -°C

