adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Fevral 2017 20:00
8858
MƏMLƏKƏT

Kim daha yaxşı tərbiyə edir?

Şəhərdə keçirilən sorğuların birində təsadüfən iştirak etməli oldum. Mövzu"Uşaqların tərbiyyəsində cəmiyyətin rolu” idi. Cəmiyyət daxilində ailə, təhsilvə digər məqamlar nəzərdə tutulurdu. Uşaq tərbiyəsindən danışarkən psixoloqdantutmuş sadə vətəndaşına kimi ilk olaraq ailə modeli təsvir dilir. Təbiidirki, ailə uşağın tərbiyəsində başlıca vəilkin amildir. Daha sonra kənar qüvvələr məktəb şəraiti və və alternativ modellərdənsöhbət açmaq olar. Fikirlər müxətlifdir.

Yaxşı ailə tərbiyəsi görmüş uuşağın davranışları, epizotikmövqelərində bu hiss olunacaq. Sevgiylə tərbiyə olunan uşaq ətrafına sevgi,şiddətlə tərbiyə olunan isə şiddət göstərəcək. Bəşəriyyət yaranandan buyana insan psixologiyası qarşılıq verməyəmeyilli bir instikdə yaradılıb. Təbii ki, bu normal şürun formalaşdığı dövrə qədərdir.Uşaqlarda şüur qısıdlığı dövründə formal olaraq reaksiyaya antireaksiya verməlləribirbaşa valideynlərindən asılıdır. Uşaq ailənin güzgüsüdür. İnsanlarövladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının,özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə,psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilənhalda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsindəproblemlər də ortaya çıxır. Bu probnlemlərin kökündən həllinə ehtiva etmək dahadoğru addım hesab olunur. Bir çox valdeynmlər övlad sevgi və nəvazişi olsa daonları trbiuyə məsələsində mövqeləri fərqli və düzgün deyil.

Uşaqların tərbiyəsiharadan başlamalıdır?

Körpə ana bətnində olarkən onun tərbiyəsi ilə məşğul olmaqlazımdır” deyiminin doğruluğunu alimlər sübut ediblər. Qadın hamiləlikdən 3 ayöncə özünü psixoloji və fiziki cəhətdən ana olmağa hazırlamalıdır. Ancaq buhalda o, sağlam uşaq dünyaya gətirə bilər. Xüsusilə hamiləliyin 5-ci ayındansonra ana öz körpəsinə xoş sözlər deməli, onu əzizləməlidir. Daha çox klassikmusiqilər dinləməli, açıq havada gəzməlidir. Bu özü də tərbiyədir.

Uşaq nəyin pis və ya yaxşı olduğunu anasının özünü necə hissetməsindən anlayır. Ana narahat və ya əsəbidirsə, körpə də çox ağlayır, gecələryatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, övladı çox kiçikdir, o hələheç nə anlamır.

Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onusosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərinitənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə dəvalideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.

6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaqlazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədərbalacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər.Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərinibilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonrakaryera qurmağa çalışırlar.

Uşaq tərbiyəsindəmühitin önəmi

Bu, çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbətemosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri,özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər. Ailədə bütün vacib məsələlərdə, xüsusənuşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəniananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgüntərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərindavranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaqda dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzinümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnəkolmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, ammaözü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsikeçməsi mənasızdır.

Şiddətin uşaqpsixologiyasına təsiri

Təəssüfki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlifağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-teztəsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməkləhansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz.

Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq,uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddiçatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hərhansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə,bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərinyaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlarnatamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Beləuşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər.Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər,yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.

Avropa təcrübəsi

Avropa ölkələrində uşaq tərbiyəsi ümumi qərb dünyasını təmsil edir desəkyaınlamarıq. Adətən bu ölkələrdə ailə qurmaq yaşını 30 yaşdan sonra düşünürlər.Səbəb isə gələcəyi daha perspektivli və dayanıqlı halda düşünmələridir.Cültlüklər evlənməmişdən öncə bir ev sahibi olurlar, daha sonra dünyaya gələcəkuşaqları üçün şəraiti tam təmin edirlər. Və bundan sonra övlad dünyaya gətirməkbarədə düşünmək olar. Bir sıra hallarda qadın övladını evdə dünyaya gətirir.Bunun üçün doğuş həkmimini evlərinə dəvət edirlər. Səbəbini bilmədiyimiz birhal var ki, ilk 6 aylığında uşağa su verilməsi qadağandır. Daha sonrakı vaxtlardaövladın qidalaması ön plana çəkilir. Bu o deməkdir ki, praqmatik tərbiyənin önəmverildiyi avropa ailələrində övladlara məcburiyyət anlayışı yoxdur. Normal tərbiyəmüstəvisi burada sərbəstlik və öyrənmək üzərində qurulub. Əgər uşaq yemək yeməkistəmirsə onu məcbur, döyə-döyə yedizdirmirlər. Su içsə kifayətdir. Onsuzdauşaq robotdan deyil, o da müəyyən vaxtlarda aclıq duyğuları yaşayır və bunu özemosiyaları ilə anasına çatdırır. Azyaşlı övladın dil tətrbiyəsi də bizimformalardan fərqlidir. İlk illiərində danışmağı öyrənən uşağın maraqları ən öndədayanan məsələdir. Valideyin ev şəraitində uşağın diqqətini çəkən ihadisə və əşyalarındzügün dil normalarında təsvirini önə çəkir. Məsələn, yemək bişirərkən uşağıyanında olan ana tavanın altını yandırandan qazı söndürənədək bütün detallarıadı ilə uşağına deyir. Yoxsa bizimkilər kimi "Pişt oldu, cici keçdi” kimi gərəksizəzizləmələrdən istafadə olunmur. Əgər ailədə valdeyinlər fərqli dillərdədanışırlarsa bu böyüyəcək uşçağın dil mənsubiyyətinə təsir edir. Alimləraraşdırıb ki, belə ailələrdə övladların danışa bilməsi daha uzun vaxt çəkir.Avropadan daha bir fərqimiz odur ki, ailə daxili işlərdə ata və ana birgə fəaliyyətgstərir. Kişi işdən gəlib əlində pult televizora baxan müqəvva olmamalıdır.Birlikdə ünsiyyətdə olmaldıırlar. Uşaqların iqtisadi mexanizməuyğunlaşdırılması da önəmlidir. Məsələn, Hollandiyada və digər qonşu ölkələrdəvaldeyn uşağa öz gücünə pul qazanmağı öyrədir. Bu ölkələrdə 12 yaşa çatmışyeniyetmələrə işləmə hüququ verilir. Onlar bəzi marketlərdə, xidmətsektorlarında kiçik işlçilər kimi çalışırlar. Öz qazancları ilə özlərini təminetməyə açlışırlar. Hətta misal üçün deyək ki, ABŞ-ın keçmiş prezidenti BarakObamamın qızı dərs sonrası kafelərinbirində çalşırdı. Bunun uşağın təshil tərbiyrejiminə uyğun olub olmamdığı isə müəyyən qədər qaranlıq məqamdır.

Rüfət Soltan