adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2019 17:46
30751
ƏDƏBİYYAT

Kiçik Vətəndən böyük Vətənə

Ləj kəndi Lənkəranşəhərindən 15 kilometr qərbdə, dağətəyi ərazidə yerləşir. Kəndin adınınetimologiyası Azərbaycan dilinə tərcümədə "nəmli yer", "suluyer" mənasını verir. Bu kəndin iki ziyalı yetirməsi- Qafqaz Müsəlmanlarıİdarəsinin Fətva və moizə şöbəsinin imamı, Milli Elmlər Akademiyası Füzuliadına Əlyazmalar İnstitutunun doktorantı Samid Quliyev və Ləj kənd tam orta məktəbinindirektoru İlkin Yaqubov tarixi çox da qədim olmayan Ləj haqqında kitabyazıblar.

"Ruhumuzunqidalandığı məkan-Ləj" kitabı bu kənd haqqında ilk yazılı tədqiqat işidir.Müəlliflər kəndin ilk sakinlərinin haradan gəlməsi, Ləjin coğrafi mövqeyi,iqlimi, təbiəti, insanları haqqında ətraflı məlumat veriblər. Oxucular bu kitabvasitəsi ilə kəndin şəhidləri, hərbçi kadrları, tanınmış ziyalıları barədə dədolğun bilgi ala bilərlər. "Ruhumuzun qidalandığı məkan-Ləj" kitabı"3 saylı Bakı Mətbəəsi" ASC-də nəşr olunub, redaktoru tanınmış naşirMehman Fərzullayevdir. Prezident mükafatçısı, jurnalist Etibar Vəliyev nəşrə"Ön söz" yazıb.

Müəlliflərin gərginəməyi və araşdırmaları nəticəsində ərsəyə gələn kitabın elmi redaktoru AMEA-nınFüzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru,professor Kamandar Şərifov, elmi məsləhətçisi AMEA-nın Nizamin adına Ədəbiyyatİnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur.

Qeyd edək ki,Samid Quliyev və İlkin Yaqubov kitabın ikinci hissəsi üzərində çalışırlar. Növbətinəşrdə tədqiqat predmeti kimi yeni faktlar, kəndin ali təhsilli yetirmələri,onların qazandığı uğurlar barədə ətraflı bilgi veriləcək.

T. İsmayılzadə