"Kiberdələduzlara aldanmayın" - DİN-dən xəbərdarlıq

Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.
Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a bildirilib ki, həmin sosial şəbəkə səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.
"Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər", - DİN-dən bildirilib.
Digər Xəbərlər

Ərdoğanın müavini Naxçıvana gəlib - YENİLƏNİB

Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA

Şahin Kazımzadə yüksək posta TƏYİNAT ALDI

Bakı metrosunda interval 1 dəqiqə 45 saniyəyə endirildi

Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur

Hadruta və Xocalının Badara kəndinə ilk köç karvanı yola salındı

Kəlbəcərə ilk qar yağıb - VİDEO
