adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Mart 2019 10:15
15228
İDMAN

«KEŞLƏ» STADİONUNDA EŞŞƏK OTARIRLAR

Hələ belə şaqqıldayıbgüldüyüm olmamışdı. Deməli, illər öncə MübarizMənsimov müəyyən haqsızlıqlara etirazəlaməti olaraq «Xəzər-Lənkəran»ı ölkəçempionatındakı yarışlardan çıxartdı. Jurnalist stadionda Mübariz müəllimdən intervü götürür, səbəblərini soruşur. Sonda beləbir sual verir :

- Bəs, bu stadiondanə edəcəksiz?

Acı-acı gülümsədivə belə cavab verdi:

-Eşşək otardacam.

Birbatman yox ey, on batman balla da yeyilə bilməyəcək bir söz idi.

Ayın3-də «Keşlə» öz stadionunda «Qarabağ»ı qəbuledirdi. Mənim o futbolçulara yazığım gəldi. Bir həftə masaj da elətdirsələrxeyri yoxdu, o ağrı-acı canlarından çıxmayacaq.

«Xəzər-Lənkəran»ın stadionunu bilmirəm, amma deyəsən, «Keşlə» stadionunda eşşək otarmışdılar.

Allahaşükür, Bakıda çox gözəl stadionlar var, özü də demək olar ki, çoxu süni örtüklərdən yaxasını qurtarıb. Ola bilməzdimi ki, bu oyunu normalstadionların birində keçirəydilər.