adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2025 18:07
71
SİYASƏT
A- A+

Kərim Vəliyev Türkiyə tərəfinə başsağlığı verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

Adalet.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".