Kərim KƏRİMLİ: ADAMIN ADAMA GİRMƏYİ...
...çox qəliz məsələdir, deyəsən.
"...Radikal müxalifət nümayəndələri arasında əlbəyaxa dava baş verib. Yeni yaradılan qurumun idarə heyətinin üzvləri bir-birinə giriblər..." - maraqlı xəbərdir. Bir az bundan qabaq oxuyurdum, bu yerdə ilişib qaldım.
Məni fikir götürdü:
- Görəsən onlar bir-birinə niyə giriblər?
- Necə giriblər?
- Haradan, hansı tərəfdən giriblər?
- Biri digərinə giribsə, bəs bu necə qayıdıb əvvəlkinə girib?
- Yoxsa bunlar bir-birinə necə gəldi giriblər? Yəni ki, kim kimə girdi - girdi...
- Giriblərsə, girə biliblərsə, bəs bir-birinə necə sığıblar, necə sığışıblar?
- Bir-birinə girməkdə məqsəd nə imiş?
- Girdikləri yerdə nə axtarırmışlar?
- Girib idarə heyətinin iclasını oradamı keçirəcəklər?
- Əgər giriblərsə, bəs sonra necə çıxıblar?
- Hələ çıxmayıblarsa bəs bir-birinə girənlər indi haradadırlar?
- Xüləs, bunların taleyi axırda necə olacaq?
...Nə isə, qardaş, çox çətin məsələdir adamın adama girməyi...
Başa aça bilmədim. Necə yəni "...idarə heyətinin üzvləri bir-birinə giriblər?.."
Digər Xəbərlər
06 May 2024 10:15
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı
06 May 2024 09:23İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlı... - VİDEO
06 May 2024 09:11Sülhməramlıların hərbi texnikası Yalamada - VİDEO
05 May 2024 17:01Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46