adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2019 09:58
58618
GÜNDƏM

Kəramət Böyükçöl: “Sən kişi deyilsən, nakişisən” - AÇIQLAMA

Tanınmışyazıçı Kəramət Böyükçöl Adalet.aza açıqlamasında son vaxtlar artan boşanmalarhaqda fikirlərini bölüşüb:

"Ümumiyyətlə, qadın tarixin ictimai-siyasiformasiyalarının içərisindən müstəqil bir varlıq kimi çıxa bilməyib. Həmişə od keşikçisi, nəsil artırıcısıolaraq qalıb. Təsəvvür edin, Azərbaycan qadınına 2 min il vaxt verilib və buvaxt ərzində uzaq başı Sara xatun olublar. Və hamı onu Uzun Həsənin anası kimitanıyıb. Aləmşah bəyim olublar, hamı deyib ki, Şah İsmayılın anasıdı. Qadındanbir Nizami Gəncəvi olubmu? Nəsimi, Füzuli olubmu? Bəs niyə onlara ikinci dərəcəlivarlıq kimi baxılmasından narahatdılar? Nə istəyirlər? Səndən Napaleon olar? SəndənPyotr olar? Dözə bilməzsən! Saçına bir tumar dəyən kimi özündən gedirsən, pişikkimi sığallanmağa məhkum bir varlıqsan. Qadınsan da, bunu niyə özünəsığışdırmırsan? Eynşteyn olmusan? Ən yaxşı halda Afaq Məsudsan da, onu da VaqifBayatlı ilə Ramiz Rövşən yazıçı eləyib. Azərbaycan, eləcə də dünya tarixindəkişi ilə müqayisədə böyük təfəkkür sahibi olan qadınların sayı neçədi? Ümumiyyətlə,varmı? Topası Dostoyevskinin ən zəif əsərinin çəkisində deyil. Qadın bir gülə məğlubolan zərif bir varlıqdı, bunu anlamaq çətidirmi? Sən kişi əzablarını çəkə bilərsən,buna hünərin çatar?

Məsələn, bəşəriyyətiinkişaf etdirən ixtiraların (odun, təkərin, kitab çapını, saatın, mühərrikin,radionin, telefonun və s.) heç birinin müəllifi qadın deyil. Bəs xeyir ola budünyanı kişi ilə bərabər paylaşmaq istəyirsən? Hansı haqla? Axı buna təfəkkürün,düşüncən imkan vermir. Məsləhət olsaydı, 124 min peyğəmbərin biri qadın olardı da!Qadının kişidən bircə üstünlüyü var: doğmaq! Onlar isə özlərini çox şeydə kişidənüstün bilirlər. Elə bu yekabaşlığına görə təbiət hər ay qadının cəzasını verir.

Boşanmalarınsayının sürətlə artmasına səbəbləri təbii, çoxdur: uzun müddət adət-ənənə ölkəsiolmuşuq, qadının indi-indi hüquqdan başı çıxır, sosial problemlər, qadınıniqtisadi müstəqilliyinin get-gedə artması və s. Ancaq təkrar edirəm, qadınınilahi görəvi var: od keşikçisi, nəsil artırıcısı. Hesab edirəm ki, boşanmalarınən ümumi səbəbi də qadının od keşikçisi, nəsil artırıcısı olduğunu altşüurdaözünə sığışdırmamasıdır. Dirəşiblər ki, biz də kişiyik! Başa sala bilmirsən ki,sən kişi deyilsən, nakişisən.