adalet.az header logo
  • Bakı -°C
03 Fevral 2026 10:07
75
KRİMİNAL
A- A+

“Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır - YENİLƏNİB

Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Adalet.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, ona döş qəfəsinn arxa divarının açıq yarası diaqnozu təyin olunub.

"Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda vurğulanıb.

Qeyd edək ki, dünən Gəncədə "Kəpəz" futbol klubunun futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

***

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. 

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: 

“Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.

Faktla bağlı araşdırma aparılır.