"Kəpəz" "Turan Tovuz"u məğlub edib

Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Adalet.az xəbər verir ki, Qərb derbisində autsayder “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”in heyətində Yeqor Xvalko, Turan Manafov (2 qol), Mahamadu Ba və Kərim Lkoça fərqləniblər. “Turan Tovuz”un qollarını isə Kristian da Silva ilə Rəhim Sadıxov vurublar.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Kəpəz” yenidən 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.
Digər Xəbərlər

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO
