adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2017 13:18
10705
İDMAN

«KƏPƏZ» «NEFTÇİ» OYUNU MƏNİ KÖVRƏLTDİ

Ağdamın Ağdam vaxtı məktəblərarası futbol çempionatı keçirilərdi.Bura peşə məktəbləri də daxil idi. Komandaların sayı Azərbaycanın çempionatındakıkomandaların sayından iki dəfə çox idi. Adətən də çempionluq uğrunda 1 və 2 saylı məktəblərin arasında yarış gedərdi.Mən də 2 nömrəlidə oxuyurdum. Onu da qeydedim ki, «Qarabağ» komandasının oyunçularını da əsasən bu məktəbin məzunları təşkil edirdi. Bütün oyunlarməktəblərin öz stadionunda keçirildiyi halda, bu iki komandanın yarışı mərkəzi stadionda– «İmarət»də keçirilirdi. Bu oyuna təkcə məktəblilər deyil, rayon camaatı da gəlirdi.Komandalarda əsasən 9-10-cu sinfin şagirdləri oynayırdı. Mən də öz məktəbimizinkomandasının qapıçısı kimi düz 2 il «zolotoy zapaz»da oturmuşam.

«Kəpəz» və «Neftçi»ninoyununa baxdım, yadıma 1 nömrəli və 2 nömrəlinin 9-10-cu sinifşagirdlərinin oyunu düşdü, çox kövrəldim.