adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2020 10:00
151129
MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

"Kənd müəllimi”rubrikasının növbəti qonağı Cəlilabadrayonu Qarakazımlı kəndi Murad Muradov adına tam orta məktəbinin riyaziyyat müəllimiTalıbov Bəhruz Şahhüseyn oğludur.

Atamın istəyi ilə müəllim olmuşam

- Bir epizodyadıma düşdü. "Şərikli çörək” filmindəqırçı Məhəmməd uşağa deyir ki, yalan demə, heç kim qırçı olmaq istəmir. Çağdaşdövrümüzdə az adam müəllimlik ixtisasına maraq göstərir. Xüsusən, kişilərdən.Sizin bu peşəni seçməyinizdə səbəb nə idi?

- Məndən əvvəl üç qardaşım ali məktəbdə oxuyurdu. Mən də oxumalıydım.Ümumiyyətlə, atam övladlarını belə tərbiyə etmişdi ki, ali təhsilli olmalıydıq.Olduq da... Açığı, ixtisas seçimini də atam etmişdi. Atam bizi görmək istədiyikimi olduq. O vaxtı özümüzün xüsusi arzumuz yox idi. İki qardaşım həkim olmaqistəyib, amma kimya müəllimi oldu. Mən elə müəllim olmalıydım. Bu, ya fizika müəllimi,ya da riyaziyyat müəllimi ola bilərdi. Belə deyək, arzu olaraq seçməmişəm müəllimolmağı.

-Şairsiniz .Kitabınız da dərc olunub. Kifayət qədər uğurlu şeirləriniz var. Amma sizdən heçdə uğurlu yazmayan bir çoxunun kölgəsində qalıbsınız.

- Bəli, şeirlər kitabım çap olunub. Adıda ixtisasıma uyğun olaraq "Natural ədədlər”dir. Adıyla böyüsün. Şeirləriminuğurlu olmasının fərqindəyəm. Məni narahat etmir kölgədə qalmaq. Məni kölgədəqalmamaq da xoşbəxt etmirsə, elə kölgədə qalmağa razıyam. Üzdə olan şairlərbununla xoşbəxt olurlarsa, nə gözəl. Hamısına uğurlar arzu edirəm.

-Son zamanlar Cəlilbaddahansı müəllimlə rastlaşıram, şeir yazır. Cəlilabadlı müəllimlərin işi beləazdır?

- Yəqin zarafat edib, deyirsən: kimə rastlaşıram, şeir yazır. Çünkişeir yazmayan o qədər müəllim tanıyıram. Elə sən də tanıyırsan. İşə gəldikdə isəişin şeir yazmağa maneəsi yoxdur. Şeir yazmaq zamanı gəldisə, bütün işlər şeiryazmağa xidmət edir.

- Sizin rayondandaha çox kişi şairlər çıxır. Bu qadınlara basqıdandır, qadınlarınuğursuzluğudur, ya nə?

- Qadınların niyə şeir yazmadıqlarını deyə bilmərəm. Amma mənimqızım, ya həyat yoldaşım şeir yazsa, ilk olaraq özüm sosial şəbəkələrdəpaylaşaram. Bəlkə də haqlısan, basqılardan qorxub, yazıb, amma dərc etdirməyənlərvar.

-9 ildir müəllimsiniz.Bu 9 ildə təhsildə hansı uğurunuz ilə fəxr edə bilərsiniz? Hansı cəhətinizə görəbiz deyə bilərik ki, bəli, məhz Bəhruz müəllim şagirdlərə dərs keçməlidir.



- Fəxr etdiyim uğurlardan biri, ucqar kəndməktəbindən ali məktəbə qəbul olan qız şagirdlərinin olmasıdır. Sevindiricihaldır. Halbuki, qız uşağını dərsə qoymamaq kimi adətləri olub ucqar kəndlərin.Var gücümlə çalışıram ki, şagirdlərim həyatda da, təhsildə də uğur qazansınlar.Deyəsən, alınır da...Şagirdlərlə dost ola bilməyim ən gözəl tərəfimdir. Bu,bəzən normal qarşılanmır da. Sənin övladının dostu ola bildiyimə görə, övladınırahatlıqla mənə etibar edə bilərsən.

Cibdə pul saxlamaq günahdır

-Tez-tezşair-yazıçıların imza günündə olursunuz. Deyəsən, müəllim maaşın Cəlilabad-Bakıyolunda xərclənir.

-Tez-tez demək olmaz. Yolum Bakıdan düşəndətəqdimat olarsa, iştirak etməyə çalışıram. İstisna şəxslər var ki, onlara görərayondan durub, təqdimata gedirəm. Pulun xərclənməsi yaralı yerimdir. Heç vaxtcibimdə artıq pul olmur. Ya elə, ya belə, mütləq xərclənməlidir. Ümumiyyətlə, ətrafımızdaehtiyaclı insanlar olduğu müddətdə cibinizdə artıq pul saxlamaq günahdır.

-Bir çox müəllimçörəyini müəyyən anlamda repetitorluqdan çıxarır. Nə əcəb, şəhərə köçüb kənd müəllimliyinindaşını atmırsınız. Ayağın həm asfalta dəyər, həm də cibin daha artıq pul görər.

-Mən xoşbəxt ola bilməyən adamam. Heç nədənzövq almıram. Heç müəllim olmaqdan da. Heç şair olmaqdan da. Xoşbəxt olmamaqüçün Bakı, ya rayon mənə fərq etmir. Övladlarıma görə Bakıya köçəcəm. Ammaorada daimi necə yaşayacam, bilmirəm. Artıq pul qazanmaq yaxşı olar, daha çoxadama yardım edərəm. Pulun mahiyyəti mənimçün ancaq bundan ibarətdir. Hələlik səmimiyyətiməinanmaya bilərsiniz.

-Məktəbin heyətindəndanışardın. Neçə şagird, müəllim var?

-Mənə statistik rəqəmləri əzbərləmək elədə maraqlı deyil. Elə də çox şagirdi yoxdur. Hər sinifdən bir dənə var. Məktəbmüasir tikilidir. Təyinatla gələn ixtisas müəllimləri çoxdur. Dəqiq bildiyim,sinif rəhbəri olduğum 10-cu sinifdə 34 şagird var.

-Yəqin ki,maraqlı hadisələr də başınıza gələr.

- Maraqlı hadisələr olur. Bir dəfə, ailəqurduğum il məktəbdə yeddinci sinif şagirdi mənə dedi: " Müəllim, gəlinbacımyaxşı baxır deyəsən, kökəlmisən" Güldüm uşağın sözünə. Nə bilim, mənimmaraqlı adlandırdığım şey uşaqların istedadlı yumorlarıdır. Bu kimi hallardasevinirəm. Sevinirəm ki, uşaqlar gülməyi, güldürməyi bacarır.

-Məktəb deyəndə,qızların təhsili söylədikdə nədənsə yadıma Hüseyn Cavidin "Gülbahar” şeiridüşür...

- İcazə verin, bir az kövrəlim. Çünki mən məktəbdən də, ailədən də,dostdan da xoşbəxt ola bilməyən adamam.

-Rayonunuz müəyyəndərəcədə dindar bölgədir. Ola bilməz ki, bu hal təhsilə təsir etməsin.

-Nə bilim, təsiri olur, olmur, deyə bilmərəm. Özüm inanclı insanam, ammaistəmərəm hansısa şagirdi inancına görə mühakimə edim.

-Yoldaşınız damüəllimdir. Evdə kim müəllimlik edir, kim şagird rolunda olur?

-Vallah, evdə heç bilmirəm müəllimkimdir, şagird kimdir. Arada şagird olmağın zövqünü yaşayıram, arada müəllim...Müəllim kimi yoldaşımı riyaziyyatdan hazırlaşdırıram. Həyat və məişət məsələlərindəailədə müəllimlik etməyə çalışsam da, həmişə uduzmuşam. Həmişə mənim bildiklərimböhrana aparıb bizi.

-Adətən xanım müəllimələrgetdiyi yerdə evlənir, qalır. Bəhruz Xəlilsə getdiyi yerdə evləndi, qaldı.

- Evləndi, qaldı deyəndə ki, mütləq hardasa qalmaq lazımdır. Yeri gəlmişkən,bu aralar beynimə Xızı düşüb. İstəyirəm, imtahan verib 9 il də Xızıda işləyim.Çox güman ki, orda evlənib qalmayacam.

-Kurikulumla tədrismüasir texnoloji vasitələr tələb edir. Elə götürək sizin məktəbi. Bu cür tədrisintəminatı varmı?

-Məktəbimiz müasir tikilidir. Ammalaboratoriya otaqları tam fəaliyyət göstərmir. Ona görə də ənənəvi tədrismetodunu kənd məktəbindən tam olaraq çıxatmaq olmur. Əgər ənənəvi sistemisıradan çıxarırıqsa, ali məktəbə qəbul qaydaları da dəyişməlidir. Bəzən uşaqlarçaydan oxuyur, imtahana aydan düşür. Bu il bir az fərqli oldu. Ümid edirəm,zamanla hər ikisi, Təhsil Nazirliyi də, Tələbə qəbulu üzrə Dövlət Komitəsi dəeyni nöqtədə birləşə biləcəklər.

-Koronavirusun təsiri sizin məktəbdən dəyan keçməz...

-Bu virus xəbəri yayılandan uşaqların məktəbəgəlmələrinə təsiri olmuşdu. Bu da yeni dərsi izah etməyə maneə yaradırdı. Məsələn,elə şagirdlər var ki, onlarsız yeni dərs keçmək olmur. Ona görə məcburən köhnədərsin üzərində qalırdım. Tətil yerinə düşdü, hamı eyni vaxtda dərsdə iştirakedəcək. Qaldığımız yerdən davam edəcəyik.

Söhbətləşdi:Emin Piri