adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Avqust 2020 13:00
75050
MÜSAHİBƏ

Kənd müəllimi: Jurnalistika mənimçün hobbi olub - MÜSAHİBƏ

Həmsöhbətimiz Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin azərbaycandili və ədəbiyyat fənn müəllimi Aynur İbrahimovadır.

-Vaxti ilə mediada çalışırdınız. Mediadan pedaqojifəaliyyətə sizi hansı maraq gətirdi?

-Bəli, əslindəjurnalistika peşəsinə hər zaman marağım olub. Uşaq olarkən ayna qarşısınakeçib özümü xəbər aparıcısı kimi hissetməyim, danışmağım çox olurdu. Universitetdə təhsil aldığım müddətdə Tələbə GənclərTəşkilatının sədri idim. Bununla əlaqəli tez-tez televiziya verlişlərinə qonaqdəvət olunurdum. Orda nitqim bəyənilmişdi və orda işləmək üçün təklif almışdım.Universiteti bitirib bu təklifi dəyərləndirərəkbir müddət televiziya kanalında Xəbərlər Departamentində işlədim.Sonradan anlayırdım ki, bu iş mənim üçün bir hobbi olub. Mən müəllim olmaq üçünbu dünyaya gəlmişəm. Televiziyada işləyərkən ixtisasım üzrə magistratura pilləsinəqəbul oldum. Artıq bir məqsəd var idi qarşımda: Mən müəllim olacağam. Özü dəçox fərqli müəllim. Elə yay ayları idi. Heç hazırlaşmadan Müəllimlərin İşə Qəbulimtahanında iştirak etdim.İşləyəcəyim məktəbseçimlərini isə ailəmlə məsləhətləşmədən etmişdim. Çünki seçdiyim məktəblərucqar kənd məktəbləri və fərqli-fərqli rayonlar idi. Nəticələr açıqlananda Ucarrayonun ən uzaq kəndlərindən birinə qəbul olduğumu öyrəndik.

Soyuqda, yağışda saatlarla yollarda qalırdıq

-Hər gün Göyçaydan 80 km məsafəyə, kənd yerinə -məktəbəgetmək. Kəndlərə adətən gedib gəlməklə bağlı marşrut problemi olur.

-İşə qəbuloldum. Ən böyük arzum-müəllim kimi işləməyim artıq reallaşmışdı. Ancaq ən böyükproblem məni gözləyirdi. Hər gün yaşadığım rayondan başqa bir rayonun kənd məktəbinəümumilikdə 80 kmbir məsafəni qət etmək çətin olacaqdı. İşlədiyim kənddə qala bilməzdim. Çünki 4il bakalavr təhsilim,1 il telekanalda işləməyim məni uzun müddət ailəmdən ayrısalmışdı.Həm də mən işə qəbul olan il bacım da məktəbə qəbul olmuşdu. Atamıkiçik yaşlarından itirdiyim üçün anam indi tək qalmalı olacaqdı.Onun üçün ailəminyanında olmaq istəyirdim. Nəhayət öyrəndikki, işə qəbul olduğum rayonun kənd məktəblərinəmüəllimləri işə aparıb-gətirən şəxsi nəqliyyat vasitəsi var. Buna çoxsevinmişdim. Hər gün səhər saat 05:00-da oyanıb 06:00-da nəqliyyat vasitəsi ilkməni götürürdü. Sonra hər yerdən,hər kənddən olan müəllimləri götürüb yoladüşürdük. Biz işə gedəndə hava hələ açılmırdı. . Ən sonda mənim iş yerim idi.Evə gəlib çatanda isə axşam saat 18:00 olurdu. Məndən əlavə də işlədiyim məktəbəmənimlə gedən həmkarlarım var idi. Tək fərq- onların Ucardan, mənim isə Göyçaydangetməyim idi. Dəfələrlə olub ki, yolda bizi aparan nəqliyyat vasitəsi xarabolub. Qışda soyuqda saatlarla yolda qalmışıq. Elə olurdu heç maşın olmurdu.Günlərlə bir gün müddətində iş yerinəgedib çatanadək 3,4 maşın dəyişirdik. Ən sonda isə artıq bizi işə aparmağabütün sürücülər imtina edirdi. Yollar narahat, məsafə uzaq, vaxt itkisi çoxolduğu üçün buna səbəbləri də əsaslı idi. Düşündüm ki, mənə mütləq şəxşiavtomobil lazım olacaq. Bu il-işlədiyim müddətin 7-ci ili bunu reallaşdırabildim. Tam öyrənib sürücülük vəsiqəmi də ala biləndən sonra artıq bu ildən həmkarlarımıda götürüb işə gedirəm.

-Azərbaycan dili və ədəbiyyat müəlliməsisiniz. Dərslikləribilirik, bu öz yerində. Bəs, ədəbiyyat dərslərində, dərsdənkənar məşğələlərdə dərslikdənkənar çağdaş Azərbaycan şair və yazıçıları haqqında danışır və ya müzakirəaparırsınız?

-Əlbəttə.Bu mənim ən sevimli işimdir. Şagirdlərimdə o qədər ədəbiyyata, poeziyaya həvəsvə sevgi yaratmışam ki,dərs dediyim siniflərdə ali məktəbə sənəd verən şagirdlərdə III qrupu seçirlər. Tez-tez tədbirlərtəşkil edirəm.Şairlərin yaradıcılığına xüsusi önəm verirəm. Şeir müsabiqələri, ədəbiyyatgecələri təşkil edirəm. Dəfələrlə şagirdlərim rayon üzrə keçirilən bədii-qiraətmüsabiqələrində 1-ci yeri qazanıblar.

-Kimləri müzakirə edirsiniz və hansı səpkidə?

-Həmişədüşünmüşəm ki,klassik şair və yazıçılarımız haqqında,yaradıcılığı haqqında ortaməktəb dərsliklərində xeyli məlumat verilir. Belə mövzuların tədrisini də fərqlimetodla aparmışam: gah rollar üzrə səhnələşdirərək,gah şeir və əsərlərin müəyyənifası və süjet xəttinin qurulması ilə. Ona görə də, təşkil etdiyim ədəbiyyatgecələrində daha çox dərsliklərə salınmayan , yaxud az öyrənilən yazıçı vəşairlərin yaradıcılığına üstünlük vermişəm. Xüsusi ilə də son dövrün şairlərininyaradıcılığı üstünlük təşkil edib. Şagirdlərimi yazıçıların ev muzeylərinəaparmışam. Elə olub dərslərimi də muzeydə keçmişəm.

-Yaşadığınız yerə bir qədər uzaqdı işlədiyiniz məktəb.Nə əcəb indiyə kimi dəyişmək istəməmisiniz. Bu ilsə onsuz da hazırda işləyən müəllimlərinmiq imtahanında iştirak etməsinə icazə verilmədi.

-Bu ilartıq 8-ci il olacaq ki,həmin kənd məktəbində işləyəcəyəm. Keçən ilə qədər heçvaxt yerdəyişmə haqqında düşünməmişəm. Çünki bu məktəbdə görəcəyim işlər çoxidi. İşə qəbul olandan 1 il sonra 6-cı sinfin sinif rəhbəri olmuşdum. O sinifdəçox çətin şəraitdə təhsil alan şagirdlərim var idi. Onlarla bir ailə olmuşduq.Onların həm müəllimi, həm valideyni həm də dostuna çevrilmişdim. Bayramları beləbir yerdə keçirmişik.Elə olub ki, şagirdlərimdən bəzisini bayramlarda öz evimizəgətirmişəm. Sinif şagirdlərimə sözvermişdim ki, onlar 11-ci sinfi bitirənə qədər mən onları qoyub getməyəcəyəm.Heç digər sinif şagirdləri də bunu istəmirdilər. Beləcə heç yerdəyişməkhaqqında düşünmədim,yerdəyişmə imtahanlarında iştirak etmədim. Bu il sinifşagirdlərim məzun oldu. Amma yenə o məktəbdə işimə davam edəcəyəm.

-Ola biməz ki, həmin kənd məktəbində maraqlı əhvalatlarbaşınıza gəlməsin.

-Yalnızpozitiv olayları qeyd etmək istəyirəm:

Bir dəfəbiz müəllimləri işə aparan nəqliyyat vasitəsinin sürücüsü işdən sonra hamını götürüb məni işdəunutmuşdu. Müəllimlər də heç bilməmişdi ki, mən maşında deyiləm. Ən son mənbitirirdim dərsi deyə, yaddan çıxıb qalmışdım sinifdə.

Mən işlədiyimkənddə əvvəllər qız uşaqlarının çoxunu təhsilini davam etdirməyə qoymayanvalideynlərlə problem yaşayırdım. Məni"kəndə yeni dəb gətirən müəllimə” kimi qeyd edirdilər.Qurduğum yeni dərsmetodu,dərsdə mahnılar,oyunlar, açıq səma altında dərs keçməyim çoxunu narazısalmışdı. Dərs dediyim ilk il idi. Fənnimi tədris etdiyim 11-ci sinifdə qızşagirdlərinin evinə yollandım. Bir şagirdimin ailəsi onu məktəbdən azad edibnişanlamaq istəyirdi. Onların evinə gedib bu mövzu haqda söhbət aparmaq istəyirdim.Təxminən2 saat yağışın altında şagirdin anası ilədanışdıqdan sonra qızın anası dedi ki: "Müəllimə Aytənin atasının,qardaşlarınınişdən gələn vaxtıdır. Tez gedin,gəlib sizi görməsinlər. Qırğın ola bilər. Evəqayıdandan sonra 3 gün xəstə yatmışdım.

Dərs bitəndənsonra həmişə şagirdlərimi yığıb(Qarabağ qazilərinin övladları, valideynini itirən,yaxud ehtiyaclı ailələrin övladları üçün keçdiyim təmənnasız dərslər) əlavə məşğələlərkeçərkən onların evdən gətirdiyi isti təndir çörəyi, kənd şoru,pendiri iştahlayeməyimiz və bir yerdə həvəslə mövzuları mənimsəməyimiz yaddan çıxmayan günlərdəndir

-STEM+D layihəsi nədir və sizin buradakı işiniz nədənibarətdir?

-Türkiyəmüəllimləri ilə ortaq projedir. Ölkəmizdə ilk nümayəndələri sırasında olmaq həmxoş, həm də məsuliyyətli bir işdir. Layihə əsnasında dərslərin yenimetodda-daha əyləcəli, oyunlar üzrə qurulması, maraqlı və rəngarəng təşkiledilməsi əsas məqsədlərdən biridir. İki ölkə müəllimləri bu sahədə öz təcrübələrinibölüşərək ortaya maraqlı və faydalı bir iş qoymağa çalışacaqlar. Hazırda bizözümüz də yeni təcrübəni öyrənirik. Virtual dərslərdə iştirak edirik. Layihəninökləmizdə ədəbiyyat fənni üzrə kordinatorlarından biri olaraq təhsilimizəfaydalı olacağıma inanıram.

- İşlədiyiniz yerdə qızların erkən nikaha girməsi kimiproblemləri görmüsünüz. Bu həm qanun pozuntusudur, həm də həmin qızları təhsildənyayındırır. Bu kimi hallarda bir müəllimə kimi hansı fəaliyyətiniz olub?

-Bəli,bu haqda əvvəldə də qeyd etmişdim. İşlədiyim kənd məktəbində əvvəllər qızlarıntəhsildən yayındırma halları və erkən nikaha cəlb olunması faktları çoxluq təşkiledirdi. Təşkil edilən valideyn iclasları da elə bir nəticə vermirdi. Sonda qəraraaldım ki, həmin şagirdlərin bir-bir ailəsi ilə fərdi söhbət etmək üçün evlərinəgedim. Belə də etdim. Məktəbdən yayınan şagirdlərin evlərinə getdim. Ailələrindənbu mövzuya müsbət reaksiya verən də, mənfi də qarşılayan da oldu. Ancaq istədiyimənail ola bildim. Hətta sinfimdə təhsil alan, atası tərəfindən məktəbdənuzaqlaşdırılmaq istəyən qız şagirdim təhsilini davam etdirdi. Bir neçə gün əvvəlkeçirilən qəbul imtahanında da iştirak edərək istədiyi ixtisasın balınıtopladı. İndi qalıb sonuncu mübarizə: həmin qızın ali təhsil almasına atasınıntam razılığını almaq. Çünki bu şagirdim 3 fənn üzrə hazırlaşabilirdi. İki fənni Azərbaycan dili və ədəbiyyat fənni üzrə mənhazırlaşdırırdım, tarix fənnini isə digər həmkarım. 3 fənn üzrə yığdığı ballaödənişli təhsil ala biləcək.Ümid edirəm, onun üçün hər şey yaxşı olacaq və təhsilala biləcək.


Onlayn təhsil bəzi problemlər səbəbindən tamkeyfiyyətli olmur

-Karantin dövründə onlayn təhsilin hər hansı bireffekti oldu? Etiraf edək ki, şəhər yerində belə internet problemləriyaşanırsa, şagirdləri dərsə elə də cəlb etmək olmursa, bunu kənd şagirdləri iləinternet üzərindən bacarmaq bir qədər inandırıcı görünmür. Olsa da çox azşagird və cəlbetmələrlə...

-Tamamilərazıyam. Onlayn dərslərin keyfiyyəti ilə məktəbdə tədris olunan dərslərinkeyfiyyəti arasında çox fərq var. Nəzərə alsaq ki, ucqar kəndlərdə internetproblemi var, o zaman aydındır ki, bütün şagirdlər virtual dərslərə qoşulabilmir. Mən də şagirdlərimlə eyni problemi yaşamalı oldum. Çox ailə internetpaketlərini əldə etməyə imkanı olmurdu. Nəticədə çox şagirdlərim dərslərdən kənardaqalmağa məcbur oldu. Bu, çox üzücü durum idi. Karantin müddətində şagirdlərinevlərinə yollanıb test və kitablar çatdırsaq da, bu problemi həll edə bilmədi.


-Yeni tədris mövsümündə məktəblərin açılması hələsual altındadır. Əgər açılmazsa yeni mövsümdə hansı yenilikləri tətbiq etməyidüşünür və planlamısınız?

-Onlayndərs keçmək üçün hər zaman hazıram. Dərslərimi daha da maraqlı edib şagirdləriməmotivasiya verəcəyimə də inanıram. Ancaq hazırkı problem dərs keçməkdə deyil,şagirdlərimin-uzaq kənd məktəbində təhsil alanların maddi imkan və əlaqə vasitələrininolmaması baxımından bu dərslərdən geri qalmasıdır. İnanıram ki, əgər məktəbləraçılmasa, bu problemleri aradan qaldırmaq üçün addımlar atılacaq. Ucqar kənd məkətbişagirdləri ödənişsiz internet paketi və heç olmasa planşetlərlə təminolunacaqlar. Əks təqdirdə müəyyən problemlər yaranacaq.

Söhbətləşdi: Emin Piri