Kəlbəcərdə maşın dərəyə aşdı - Ölən var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov Niva markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşmış və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.
Digər Xəbərlər

17 yaşlı oğlan mağazada yükləri qaldırarkən yıxıldı - VİDEO

AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

Yuxarı Şirvan kanalında bir nəfər batdı
