adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2015 13:56
1637
GÜNDƏM

Kəlbəcər girovlarına görə Avropa Məhkəməsinə müraciət olundu

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev, Dilqəm Əsgərov və qətlə yetirilən Həsən Həsənovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub. APA-nın xəbərinə görə, bunu Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov deyib. A.Bağırov bildirib ki, onların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub. Onun sözlərinə görə, ərizədə Avropa Məhkəməsinə müraciət qaydalarına uyğun olaraq işə təcili baxılmasının zəruriliyi qeyd olunub. A.Bağrırov qeyd edib ki, ərizə yanvarın 13-də məhkəməyə daxil olub.