Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlandı
Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qızılavar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Qasım Şərifov saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

