Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
06 Yanvar 2026 10:48
Polis aşkarladığı qanunsuz silah-sursatın sayını açıqladı
05 Yanvar 2026 17:42
Bakıda tədris mərkəzindən oğurluq olub
05 Yanvar 2026 13:26
Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
01 Yanvar 2026 13:03


Bakı -°C

